xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 19:34 – İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır 
  • 13:46 – Prezident Hakan Fidanı qəbul etdi - Foto 
  • 12:47 – Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar 
  • 12:27 – Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar 

Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

12-02-2025, 13:36 6 dəfə baxılıb

Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib


Əbu-Dabi şəhərində Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin üçüncü iclası keçirilib.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Lana Zəki Nusseybə rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, humanitar əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı (COP) çərçivəsində qarşılıqlı koordinasiya və əməkdaşlıq yüksək qiymətləndirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

BƏƏ tərəfinə regionda münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.

Səfər çərçivəsində nazir müavini BƏƏ-nin “TRENDS” Tədqiqat və Məşvərət Mərkəzində olub.

Mərkəzin araşdırmalar bölməsinin rəhbəri Mohamed Salem Əl-Salemi təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.

Qeyd edilən Mərkəzlə Azərbaycanın müvafiq tədqiqat mərkəzləri arasında əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçirilib.

Yalçın Rəfiyev Mərkəzin rəhbər şəxsləri və tədqiqatçıları ilə görüşündə Azərbaycanın xarici siyasəti, onun regional və beynəlxalq müstəvidə cərəyan edən proseslərlə bağlı mövqeyi və Azərbaycan-BƏƏ əməkdaşlığının gələcək inkişaf perspektivlərindən danışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi