xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

16-03-2022, 11:06 47 dəfə baxılıb

Azərbaycan və Niderland XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib


Azərbaycan Xarici İşlər Nazirliyi ilə Niderland Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Niderland tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə baş direktoru Thijs van der Plas rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı 2022-ci ilin aprel ayında Azərbaycan və Niderland arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd olunacağı, bu müddət ərzidnə ölkələrimiz arasında münasibətlərin bütün sahələrində, o cümlədən siyasi, mədəni, humanitar sahələrdə inkişaf etdiyi bildirilib. Həmçinin, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. İkitərəfli ticari- iqtisadi əlaqələr üçün geniş potensial imkanların mövcud olduğu qeyd edilib.

Tərəflər iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb və bu xüsusda, siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

X.Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası və orada həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində X.Xələfov Niderland Senatının xarici məsələlər, müdafiə və inkişafa yardım üzrə daimi komitəsinin sədri Ernest Bastiaan von Apeldoorn ilə görüş keçirmiş və iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi