xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Prezident seçkisindən sonra Zəngəzur dəhlizi... - GƏLİŞMƏ

16-01-2024, 14:22 81 dəfə baxılıb



"Zəngəzur dəhlizi üzərindəki nəqliyyat yollarının yenidən qurulması üçün ən azı 3 il müddət lazımdır". Bu sözləri siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib. Professor bildirib ki, Ermənistan bu və digər formada nəqliyyat yolunun açılmasına razıdır. Amma dünya standartları səviyyəsində yol üzərində həm dəmir yolunun, həm də avtomobil yolunun çəkilişi kifayət qədər vaxt aparacaq: "İrəvan Zəngəzur dəhlizindən birmənalı imtina edə bilməz, çünki belə bir addım Ermənistanın tam blokadaya düşməsi deməkdir. Azərbaycan Qazaxın sərhədə birləşmiş 4 kəndini geri alsa, digər 3 kəndi nəzarətə götürsə, Ermənistanın dünyaya çıxışı bağlanacaq. İran öz marağına uyğun olaraq, Ermənistanı dəhliz məsələsində oyundan kənarda saxlamağa çalışır. Əslində, bizim üçün o qədər də fərqi yoxdur, ona görə də İranla alternativ yol barədə razılaşmışıq. Azərbaycanın İran üzərindən alternativ yolla Naxçıvana çıxışı, Türk dünyasının birbaşa əlaqəsinin formalaşması Bakıya sərf edir".
Müsahibimiz vurğulayıb ki, 2024-cü ilin sonunadək Ağbəndə qədər dəmir yolu xətti çəkiləcək: "Naxçıvanda da işlər başlanıb. Ermənistan ərazisindəki 44 kilometrlik məsafə isə qalmaqdadır. Görünür, bunu həll etmək üçün İrəvana bir qədər zaman lazımdır. Türkiyə də öz ərazisindən keçəcək 224 kilometrlik yolun inşasını tamamlamalıdır. Ümumilikdə bu istiqamətdə işlərin getdiyini demək mümkündür. Böyük ehtimal, növbədənkənar prezident seçkisindən sonra Zəngəzur dəhlizi ilə bağlı işlər ikiqat güclənəcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi