xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Nikol indi “ayıldı”: Mehridən yol verməyə çalışır - GƏLİŞMƏ

18-10-2023, 16:00 12 dəfə baxılıb

Nikol indi “ayıldı”: Mehridən yol verməyə çalışır - GƏLİŞMƏ


Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Parlamentində çıxışı zamanı Zəngəzur dəhlizi mövzusuna fərqli istiqamətdə yanaşması siyasi müşahidəçilərin diqqətini çəkib.

Axar.az xəbər verir ki, Azərbaycan artıq İranla Naxçıvana gedəcək dəhlizlə bağlı saziş imzalayıb və sürətlə dəhlizin çəkilməsi prosesinə başlamaq niyyətindədir. İranın gözlənilmədən Azərbaycanın qərb rayonlarını Naxçıvan və Türkiyə ilə birləşdirən avtomobil və dəmir yollarının inşasına həvəslə razılaşması isə Nikol Paşinyanı “ayıldıb”.

Ermənistan işğal siyasəti nəticəsində onillərdir regionun meqa-layihələrindən kənarda qalıb və bu, Ermənistanın dalan ölkəyə çevrilməsinə gətirib çıxarıb. 2020-ci ilin 44 günlük savaşından sonra Azərbaycanın dəhliz tələbi və bütün kommunikasiyaları açmaq istəyini isə 3 ildir müxtəlif bəhanələrlə gecikdirməkdədir. Zəngəzur dəhlizinin “Turan yolu” olduğundan əndişəyə düşən Ermənistan və ya bu ölkənin arxasında duranlar 2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndini faktiki olaraq iflic halına gətirib.

Azərbaycan isə gözləmək niyyətində deyil və 44 günlük savaşdan dərhal sonra artıq dəhlizin öz ərazisindən keçən hissəsinin tikintisini sürətlə aparır. Nəhayət, İranla bağlanan saziş və bu istiqamətdə işlərin real məcraya yönəlməsi hazırda tamamilə fərqli mənzərə ortaya çıxarıb.

Nikol Paşinyan anlayır ki, əgər Naxçıvanla yol İrandan keçərsə, onda Ermənistan daha bir meqa-layihədən və külli miqdarda gəlirdən məhrum olacaq, onun beynəlxalq aləmə çıxışı növbəti onillər üçün də yalnız ilin 10 ayında gediləsi mümkün olmayan Larsın ümidinə qalacaq. Üstəlik, Zəngəzur dəhlizinə imkan verilməməsi Türkiyənin də sərhədi açmasını əngəlləyəcək və Ermənistanın Türkiyə vasitəsilə çıxışı da məhdudlaşacaq.

Buna görə də bir neçə gün öncə Ermənistan Nazirlər Kabineti Türkiyə ilə sərhədi açmaq üçün Ankaraya təklif verdiyini, “topun artıq Türkiyədə olduğunu” bildirmişdi.

Ötən gün isə Nikol Paşinyan Brüsseldə çıxışı zamanı Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən Mehri yolunu açmağa, “tranzit üçün sadələşdirilmiş prosedurlar tətbiq etməyə” hazır olduğunu bəyan etdi.

Bu mövzunu şərh edən politoloq Elxan Şahinoğlu da qeyd edib ki, Ermənistan baş naziri Zəngəzur dəhlizindən istifadə edəcək Azərbaycan vətəndaşlarının yoxlanılmasının sadələşdirilmiş formada həyata keçirilməsini təklif edir:

“Hiss olunur ki, Nikol Paşinyan dəhliz məsələsində zamanın Ermənistanın əleyhinə işlədiyini anlayır. Çünki Zəngəzur dəhlizinin açılmasının uzanması halında Azərbaycanla Türkiyəni birləşdirən dəhliz İrandan keçəcək və bu halda Ermənistan oyundankənar vəziyyətdə qalacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi