xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Qarabağda ermənilərin EVCİK-EVCİK OYUNU... DAVAM EDİR

13-03-2023, 15:30 28 dəfə baxılıb

Qarabağda ermənilərin EVCİK-EVCİK OYUNU... DAVAM EDİR


32-ci ildir ki, Azərbaycan Respublikası ərazisində Kremlin himayəsi altında fəaliyyət göstərən separatçı-terrorçu rejimin qondarma "dövlət naziri", "mülki müdafiə qərargahının" rəhbəri Qurgen Nersisyan dünən Xankəndində bütün "mülki müdafiə" xidmətlərinin və qanunsuz "regional administrasiya" rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Moderator.az xəbər verir ki, bu barədə rejim "höküməti"nin mətbuat xidmətinə istinadla separatçı erməni mediası məlumat yayıb.

Müşavirədə Qurgen bəyan edib ki, "bütün hallarda əhalinin təhlükəsizliyini lazımi qaydada təmin etmək üçün mülki müdafiə planında nəzərdə tutulmuş qısamüddətli və uzunmüddətli tədbirləri dəqiqləşdirmək lazımdır".

"İclasda müdafiə sığınacaqlarının vəziyyəti, mülki müdafiə planında nəzərdə tutulmuş tədbirlər barədə məlumat verilib"- xəbərdə belə deyilir.

Xatırladaq ki, keçmiş qanunsuz “baş prokuror” Qurgen Nersisyan Putinin milyarder “desantı” sayılan erməni milyarder Ruben Vardanyanın. 23 fevral 2023-cü ildə "dövlət naziri" "vəzifə”sindən azad edildikdən sonra həmin posta təyin olunub. Onun Ermənistan baş naziri N.Paşinyanın xətti ilə Soros dairələri ilə bağlı olması haqda informasiyalar var...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi