xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

DAŞKƏSƏNDƏ 1 MART – ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD OLUNUB

1-03-2021, 15:52 76 dəfə baxılıb

DAŞKƏSƏNDƏ 1 MART – ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD OLUNUB


Martın 1-də Daşkəsən rayon İcra hakimiyyəti “AzerGold” QSC ilə birgə Çovdar filiz emalı sahəsində Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirib. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədr müavini Elmar Əliyev, RİH-nin əməkdaşları, “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov, Qızıl Aypara Cəmiyyətinin rayon nümayəndəsi Vasif Hüseynov iştirak ediblər. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları və digərləri tədbirə onlayn qoşulublar.
Müşavirə zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilib.
Səsləndirilən çıxışlarda sülh və müharibə dövründə insanların təhlükəsizliyinin təmin edilməsində mülki müdafiənin rolu, quruluşu, məqsədi və vəzifələri haqqında ətraflı söhbət açılıb, mülki müdafiə sahəsində hər bir vətəndaşın maarifləndirilməsinin vacibliyi vurğulanıb.
Daşkəsən rayon fövqəladə hallar komissiyasının sədr müavini Elmar Əliyev çıxışında qeyd edib ki, Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində hazırlığı təmin etmək mülki müdafiə orqanları qarşısında başlıca vəzifə kimi durur. E. Əliyev çıxışında Daşkəsən rayonunda mülki müdafiə sahəsində görülən işlər barəsində də ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

DAŞKƏSƏNDƏ 1 MART – ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD OLUNUBDAŞKƏSƏNDƏ 1 MART – ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ QEYD OLUNUB






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi