xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Azərbaycan apreldə bu kəndləri azad edə bilər - Babacanyan

13-03-2023, 11:11 38 dəfə baxılıb

Azərbaycan apreldə bu kəndləri azad edə bilər - Babacanyan


Ermənistanda Azərbaycanla yeni müharibədən bəhs edirlər. Belə iddialar son proseslər, xüsusilə rəsmi İrəvanın sülh müqaviləsini müxtəlif bəhanələrlə imzalamaqdan imtina etməsi, zaman qazanmağa çalışmasına görə yaranan gərginlik fonunda gündəmə gəlir, o cümlədən, beynəlxalq müstəvidə bu il Bakı və İrəvan arasında hərbi toqquşma proqnozlarından qaynaqlanır. Ermənilərin qorxuları və bu qorxudan qaynaqlanan iddiaları Azərbaycanın hərbi müstəvidə addım atması ilə bağlıdır.

Publika.az xəbər verir ki, erməni siyasi fəal Avetis Babacanyan “Hraparak” nəşrində dərc olunan məqaləsində bu iddialar üzərindən müəyyən mülahizələr irəli sürür. Onun mülahizələrində əsas diqqət çəkən məqam hərbi eskalasiyanın vaxtına dair dedikləridir.

Erməni fəal iddia edir ki, Azərbaycan aprel ayının sonunda hərbi müstəvidə addımlar ata bilər.

“Ermənistanın baş naziri Avropa ölkələrində sülh dilənir, xahiş edir və yalvarır ki, Azərbaycan hücuma keçsə, beynəlxalq birlik bunun qarşısını alsın. Paşinyanın Berlindəki çıxışı da bu səpkidə idi. Beynəlxalq birlik buna məhəl qoymaq fikrində deyil. Hərbi eskalasiya reallıqdan daha artıqdır. Avropalılar isə yenə əvvəlki kimi “mövqelərə qayıdın” çağırışı edəcək və hər şey bununla yekunlaşacaq. Altı aydır ki, ABŞ və Avropanın müxtəlif ölkələri Azərbaycanı sentyabr döyüşlərində nəzarətə götürdüyü ərazilərdən geri qayıtmağa çağırır, lakin bu reallıqda heç nəyi dəyişmir. Yeni müharibə və yeni ərazilərə nəzarət zamanı da Azərbaycana yalnız şifahi çağırışlar ediləcək”, - erməni şərhçi yazır.

Onun fikrincə, İran hazırda hücum təhlükəsi ilə üz-üzə olduğu üçün onun da reaksiyası şifahi bəyanatlardan uzağa getməyəcək: “Azərbaycan yeni hərbi addımlarını Mehridən, yəni İranla sərhəddən uzaqda ata bilər. Bunun Göyçə və Dərələyəz istiqamətlərində baş verməsi ehtimalı daha böyükdür”.

Qeyd edək ki, erməni müəllifin bu iddiası Qazaxın işğal altında olan 7 kəndi və Naxçıvanın işğal altında olan Kərki kəndi ilə bağlıdır. Azərbaycan tərəfi işğal altında olan kəndlərin sərhədin delimitasiya-demarkasiya prosesində qaytarılmalı olduğunu, əks təqdirdə, diplomatlar yox, hərbçilərin danışacağını bildirib. Ermənistan tərəfi isə qeyri-konstruktiv mövqeyi ilə bütün sülh prosesini baltalayır.

Avetis Babacanyan hesab edir ki, Ermənistanı Rusiya xilas edə bilər.

“Lakin Moskva da prosesə seyrçi qalacaq. Bu, həm diqqətinin Ukrayna müharibəsində olmasından, həm də Paşinyanın antirusiya siyasətindən qaynaqlanır”, - erməni şərhçi bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi