xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Bakının 5 maddəlik tələbi: İrəvan nə istəyir? - AÇIQLAMA

15-03-2022, 11:35 61 dəfə baxılıb

Bakının 5 maddəlik tələbi: İrəvan nə istəyir? - AÇIQLAMA


Bakı sülh müqaviləsi ilə bağlı İrəvana təqdim etdiyi 5 maddəlik baza prinsiplərini açıqlayıb.

Azərbaycan bununla Ermənistana mövcud problemləri qarşılıqlı öhdəlik əsasında həll etməyi və əməkdaşlıq təklif edir. Son günlər Ermənistanın verdiyi açıqlamalar da qarşı tərəfin sülh sazişinin imzalanmasında maraqlı olduğunu deməyə əsas verir, xüsusilə Bakının Zəngəzur dəhlizinə alternativ yolun açılması məqsədilə Tehranla anlaşması İrəvana kommunikasiyanın açılması ilə əldə edə biləcəyi dividentləri itirmək riski yaratması fonunda.

Hərçənd, Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı İrəvanın 5 baza prinsipinə əlavəsinin olduğunu göstərir.

İrəvan açıqlayır ki, baza prinsipləri ilə bağlı Bakıya cavab veriblər və Azərbaycanla sülh danışıqlarının Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməsi üçün Minsk qrupu həmsədrlərinə müraciət ediblər.

Helsinki Yekun Aktında ərazi bütövlüyünün toxunulmazlığı ilə yanaşı, “öz müqəddəratını təyinetmə” məsələsi də əks olunur. O cümlədən, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı “öz müqəddəratını təyinetmə” prinsipinə əsaslanır.

Bu, İrəvanın sülh sazişinə Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu daxil etmək niyyətindən xəbər verir. Lakin hər iki beynəlxalq sənəd - Helsinki Aktında və Pakt “müqəddəratı təyinetmə” məsələsinin beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünün pozulması ilə nəticələnməsinə də qarşıdır. Bu o deməkdir ki,

- Ermənistan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına razıdır, lakin Azərbaycanın Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinə zəmanət verməsini istəyir;
- “Müqəddəratını təyin etmə” prinsipi üzrə aparmaq istədiyi sülh sazişi danışıqlarını həmsədrlərə həvalə etməklə Qarabağdakı ermənilər üçün “status” hüququna nail olmağa çalışır;

Və bununla danışıqları başlamamış dəfn edir. Çünki rəsmi Bakı “status” məsələsini birdəfəlik bağlayıb və Qarabağdakı ermənilər Ermənistanın yox, Azərbaycanın daxili məsələsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi