xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib

27-01-2023, 10:13 18 dəfə baxılıb

Yaşar Əliyev BMT TŞ-nin müzakirələrində işğal altındakı 8 kəndi gündəmə gətirib


“Ermənistanın silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələrini ölkəmin ərazisindən tam çıxarmaqdan və işğal olunmuş 8 sərhədyanı kəndi Azərbaycana qaytarmaqdan imtina etməsi, eləcə də davam edən mina terroru və digər qanunsuz fəaliyyətləri, Azərbaycanda köhnəlmiş və ya uydurma adlarla yaşayış məntəqələrinə istinadlar, geniş yayılmış qarayaxma kampaniyası və dezinformasiya, eyni zamanda onun ərazisində fəaliyyət göstərən etnomillətçi qruplar tərəfindən irqi nifrətin qızışdırılması və təbliğatının qarşısının alınmaması BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, insan hüquqlarına və sülh gündəliyinə heç bir şəkildə uyğun gəlmir”.

Bu fikirləri Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının gündəliyindəki “Sülh quruculuğu və sülhün dəstəklənməsi” bəndi ilə bağlı “Mürəkkəb çağırışlara davamlılıq yaratmaq məqsədilə insanlara investisiya” mövzusundakı bəyanatında bildirib.

Azərbaycan nümayəndəsinin sözlərinə görə, Ermənistan minlərlə itkin düşmüş azərbaycanlının hesabatını verməkdən və münaqişə zamanı silahlı qüvvələrinin törətdiyi çoxsaylı vəhşilikləri araşdırmaqdan imtina edib:

“Təkcə 2022-ci ildə Ermənistan Azərbaycana 106 nəfərin qarışıq qalıqları olan 67 torba verib. Özünü sivilizasiyanın mərkəzi və insan hüquqlarının alovlu müdafiəçisi adlandıran bir ölkənin bu qalıqları bütün mənəvi qanunlara zidd olaraq, beynəlxalq humanitar hüquqa zidd olaraq otuz ildir saxlaması dərin hiddət doğurmaya bilməz”.

Yaşar Əliyev qeyd edib ki, Azərbaycanın təcrübəsi münaqişələrin qarşısının alınması və həlli, dövlətlərin suverenliyinə və bütövlüyünə hörmətin təmin edilməsi, nifrət və dezinformasiyaya qarşı, sülhün qurulması və qorunması üçün daha çox iş görməyin lazım olduğunun nümunəsi və xatırlatmasıdır:

“Münaqişədən təsirlənmiş və postmünaqişə sülh quruculuğu, yenidənqurma, reabilitasiya və reinteqrasiya ilə məşğul olan dövlətlərə dəstəyin göstərilməsi Birləşmiş Millətlər Təşkilatının bütün sisteminin mühüm öhdəliyidir və belə də qalmalıdır. Bu cür dəstəyə həm də bugünkü təhdid və çağırışlara davamlılıq yaratmaq üçün insanlara investisiya etmək kontekstində lazımdır.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquq normalarına tam uyğun olaraq öz təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək, xalqını qorumaq, regionda sülh və sabitliyi bütün mümkün vasitələrlə təmin etmək əzmində qətidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi