xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Paşinyanın xüsusi nümayəndəsi yenə Laçından keçib Xankəndinə gəldi və...

9-06-2022, 16:00 40 dəfə baxılıb

Paşinyanın xüsusi nümayəndəsi yenə Laçından keçib Xankəndinə gəldi və...


Ermənistan baş nazirinin Qarabağdakı xüsusi nümayəndəsi Edmon Marukyan öz "Facebook" səhifəsində Xankəndindəki bütün "müxalifət" "parlament" fraksiyaları və "partiyaları"nın onunla görüşməkdən imtina etməsi ilə bağlı dünən yayılmış məlumatları təkzib edib.

Moderator.az xəbər verir ki, bu haqda Tert.am nəşri məlumat yayıb.

"Təəssüflər olsun ki, yalanlarla Ermənistan və Qarabağ dövlət adamlarının birgə işini pozmağa çalışan siyasətçilər var. İki saata yaxın Artsax parlamentində, o cümlədən müxalifət fraksiyalarının deputatları ilə görüşlərim oldu. Qaldırılan bütün məsələləri, narahatlıqları və təklifləri müzakirə etdik” -deyə bu günlərdə növbəti Laçın dəhlizindən keçərək Azərbaycan torpağına gəlmiş E.Marukyan bildirib.

Erməni nəşri xatırladır ki, Xankəndindəki qanunsuz müxalif "Ədalət" "partiyası"nın həmsədri Akop Akopyan dünən “Pastinfo” xəbər agentliyinə müsahibəsində guya qeyri-qanuni Qarabağ erməni "parlamenti"nin "bütün müxalifət fraksiyaları və partiyaları – “Ədalət” fraksiyası, "ARF" "Daşnaksütyun" və "Milli Demokratiya" partiyası"nın Paşinyanın xüsusi nümayəndəsi ilə görüşdən imtina etdiklərini vurğulayıb.

Erməni mediası eyni zamanda E.Marukyanın guya Xankəndində onu qarşılayan kütlənin təkidlərinə baxmayaraq "Qarabağ Azərbaycanın tərkibində olmayacaq" deməməsinin etirazlara səbəb olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi