xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Nikol etiraf etdi, müxalifət parlamentdən qaçdı: “Siz Qarabağın Azərbaycanın olduğunu tanıdınız” - VİDEO

5-05-2022, 09:30 42 dəfə baxılıb

Nikol etiraf etdi, müxalifət parlamentdən qaçdı: “Siz Qarabağın Azərbaycanın olduğunu tanıdınız” - VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində müxalif deputatlarla mübahisə edib.

O, müxalifətin baş nazirin Qarabağla bağlı danışıqlar prosesini uğursuzluğa düçar etməsi ilə bağlı ittihamlarına sərt cavab verib.

Erməni müxalifətinin baş nazirdən tələbi birmənalı olub: Nikol Paşinyanın istefası.

Nikol Paşinyan isə öz növbəsində danışıqlar prosesini eks-prezident Serj Sarqsyanın uğursuzluğa düçar etdiyini bildirib. O, Ermənistanın üçüncü prezidentinin Qarabağ məsələsinin dinc yolla həllinə ümid etməməklə bağlı sözlərini xatırladıb.

Nikol Paşinyan müxalifətin onun müharibəni dayandıra bilməməsi barədə ittihamlarına isə etirafla cavab verib:

“2020-ci ilin 27 sentyabrında - hərbi əməliyyatların başladığı gün parlament tribunasından müharibənin hansı şərtlər daxilində dayandırılacağını açıqladım. Bu şərt Qarabağın Azərbaycanın tərkibində olması idi. Siz hədəflərdən danışırsınız. Ancaq mən qeyd etmək istəyirəm ki, “Daşnaksütun” Partiyası koalisiyada olan zaman Ermənistan danışıqların Madrid prinsipləri əsasında aparılmasına razılaşmışdı. Məhz həmin vaxt siz Qarabağın Azərbaycanın tərkibində olduğunu tanıdınız”.

Paşinyanın açıq etirafı müxalif deputatları qəzəbləndirib. Onlar baş naziri məsuliyyəti keçmiş rəhbərliyin üzərinə atmaqda günahlandırıblar. Bu zaman parlamentdə səs-küy yaranıb, deputatlar bir-birinə replika atmağa başlayıblar. Nikol Paşinyan müxalifətin onun əks-arqumentlərini dinləmək istəmədiyini bildirdikdə isə müxalif deputatlar parlament zalını tərk ediblər.

Ermənistan baş naziri müxalifətin bu addımını lağa qoyub: “Qaçırsınız! Həmişəki kimi!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi