xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?

15-03-2022, 09:36 58 dəfə baxılıb

Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?


Türkiyə Azərbaycan və Ermənistan arasında birbaşa – vasitəçilik edən hər hansı üçüncü tərəfin, yəni Rusiyanın iştirakı olmayan danışıqlar formatına keçilməsində maraqlıdır; Bu, baş tutarsa, Cənubi Qafqazda sabitlik qarşısında əsas əngəlləyici faktor olan Rusiyanın oyundankənar vəziyyətə salınması anlamı daşıya və sülh sazişinin imzalanmasını tezləşdirə bilər...
"Musavat.com məlumatına görə, Cənubi Qafqaz regionu indi beynəlxalq siyasi iradə mərkəzlərinin diqqətində yenidən ön plana keçməyə başlayıb. Xüsusilə də, Ukrayna savaşı bu regionun Avropa Birliyi üçün əhəmiyyətini ciddi şəkildə artırıb. Hər halda, Azərbaycanın enerji resursları indi Qərb dövlətləri üçün daha cəlbedici görünür.

Böyük ehtimalla Qərb siyasi dairələri Avropa dövlətlərinin Rusiya enerji resurslarından asılılığını zəiflətmək məcburiyyətində olduqlarını artıq qətiləşdiriblər. Ona görə də, Avropa məkanının enerji resurslarına olan ehtiyaclarının müəyyən bir hissəsini məhz Azərbaycanın neft-qaz ehtiyatları hesabına ödəməyi düşünürlər. Və bu, Cənubi Qafqaz, xüsusilə də, Azərbaycan üçün yeni maliyyə-iqtisadi perspektivlər aça bilər.

Digər tərəfdən, Cənubi Qafqazın nəqliyyat-kommunikasiya xətləri və iqtisadi-ticari layihələrin reallaşdırılması ilə bağlı potensialı da Qərb dünyası üçün cəlbedici görünməyə başlayıb. Xüsusilə də, Cənubi Qafqazın Böyük Britaniyadan Çinə qədər uzanacaq yeni iqtisadi-ticari marşrut üçün ən əlverişli və perspektivli geopolitik məkan olması da regionun əhəmiyyətini artırır. Və bu baxımdan yaxın gələcəkdə Avropa Birliyi dövlətlərinin Azərbaycanın əsas geopolitik iradə sahibi olduğu Cənubi Qafqaza marağının daha artacağı artıq qətiyyən şübhə doğurmur.

Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə Cənubi Qafqazda postmünaqişə dövrü ilə bağlı yeni situasiyanı müzakirə etməsi də bunu təsdiqləyir. Çünki, söhbət zamanı Cənubi Qafqazda davamlı sülhün təmin edilməsində böyük önəm daşıyan Ermənistan-Azərbaycan təmasları, iki qonşu ölkə arasında normallaşma prosesi, o cümlədən, nəqliyyat-kommunikasiya xətlərinin açılması və sərhədlərin delimitasiyası məsələləri də müzakirə edilib. Və bu, Cənubi Qafqazın beynəlxalq siyasi-iqtisadi məkan üçün əhəmiyyətinin artmaqda olduğunu göstərir.

Ancaq Qərbin regiondakı maraqlarını indiki situasiyada təmin edilməsi o qədər də asan məsələ deyil. Çünki, bunun üçün əvvəlcə Cənubi Qafqazda davamlı sülhün və əminamanlığın təmin edilməsi də qaçılmazdır. Yəni, bütün bunlar Cənubi Qafqaz üçün əsas hədəf olaraq, məhz münaqişəsiz region statusu qazanılmasının vacibliyi ön plana çıxmış durumdadır.

Təbii ki, bu baxımdan, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından bütün regionun gələcək taleyi asılıdır. Ona görə də, son vaxtlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı mövzu aktuallaşmağa başlayıb. Xüsusilə də, Paşinyan hakimiyyəti Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu daha tez-tez təkrarlamaqla diqqəti çəkir.

Böyük ehtimalla Rusiyanın Ukrayna savaşında beynəlxalq superdövlət imicini itirərək, zəifləməyə başlaması Ermənistanda ciddi narahatlıq doğurmaqdadır. Çünki anlayırlar ki, Rusiyanın Cənubi Qafqazda da təsir gücü ciddi şəkildə zəifləyə bilər. Bu, baş verərsə, Ermənistanın Azərbaycan qarşısında təklənmiş hədəfə çevrilə biləcəyi qətiyyən şübhə doğurmur.

Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?


Ona görə də, Paşinyan hakimiyyəti Azərbaycanın səbrinin tükənə biləcəyindən ehtiyatlanır. Hər halda, Rusiyanın zəifləməsi ilə Cənubi Qafqazın tamamilə Azərbaycan-Türkiyə ittifaqının nəzarəti altına düşə biləcəyini rəsmi İrəvan da anlayır. Bunun nəticəsi isə yekun sülh sazişinin imzalanmadığı situasiyada Ermənistana olduqca baha başa gələ bilər.

Təbii ki, belə vəziyyətdə Ermənistan üçün yeganə xilas yolu Azərbaycanla yekun sülh sazişinin imzalanması ola bilər. Rəsmi Bakı da yekun sülh sazişinin imzalanmasına qətiyyən qarşı deyil. Əksinə, bu prosesin mümkün qədər sürətləndirilməsində və regional iqtisadi-ticari layihələrin önünün açılmasında birbaşa maraqlıdır.

Ancaq rəsmi Bakı sülh sazişinin birmənalı şəkildə Azərbaycanın şərtləri çərçivəsində imzalanmasında israrlıdır. Ona görə də, Azərbaycan tərəfi Ermənistana yekun sülh sazişinin imzalanması üçün beş bəndlik anlaşma şərtlətini də göndərib. Və indi iki qonşu ölkə arasında sülh sazişinin imzalanıb-imzalanmayacağı müəyyən mənada, Azərbaycanın beş bəndlik anlaşma şərtlərinə Ermənistanın verəcəyi cavabdan asılıdır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da məhz bu səbəbdən, rəsmi İrəvana Azərbaycanın sülh sazişinin imzalanmasına yol aça biləcək şərtlərinə müsbət cavab verilməsini məsləhət görüb. Üstəlik, Türkiyə xarici işlər naziri Paşinyan hakimiyyətinə sülh sazişinin Ermənistana aça biləcəyi iqtisadi-ticari və siyasi perspektivləri də izah etməyə çalışıb. Və bu, Ermənistan üçün də kifayət qədər ciddi mənfəət qaynaqları vəd edir.

Məsələ ondadır ki, Azərbaycan,Türkiyə və Gürcüstan müəyyən iqtisadi-ticari məsələlərdə ortaq əməkdaşlıq formatına malikdirlər. Bəzi iqtisadi proseslər çərçivəsində bu üçlüyün sırasına İran da qoşulduğundan həmin əməkdaşlıq “üçlü format”dan “dördlü formata” da çevrilə bilir. Rəsmi Ankara Paşinyan hakimiyyətinə məhz Ermənistanın da belə əməkdaşlıq formatlarında iştirak etmək şanslarının olduğunun mesajını verir. Sadəcə, bunu üçün rəsmi İrəvan əvvəlcə Azərbaycanın şərtləri daxilində yekun sülh sazişini imzalamalı olacaq. Əks halda bu, mümkün deyil.

Rusiyasız sülh modeli ön plana keçirilir: Paşinyanın Kremlə müqavimət cəsarəti varmı?


Digər tərəfdənsə, rəsmi Ankara Ermənistana sülh danışıqlarını birbaşa Azərbaycanla aparmağı da məsləhət görür. Çünki heç kəsə sir deyil ki, bu prosesə Rusiyanın vasitəçiliyi ilə davam edilsə, Azərbaycan və Ermənistan arasında müzakirələr illərlə sürə bilər. Çünki Kreml Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında qətiyyən maraqlı deyil. Bu halda, Rusiyanın Cənubi Qafqazdakı geopolitik mövqeləri ciddi şəkildə öz əhəmiyyətini itirə bilər. Ona görə də, Kreml sülh danışıqlarının uğur qazanmasına qətiyyən imkan vermək istəməyəcək.

Bu səbəbdən də, Türkiyə Azərbaycan və Ermənistan arasında birbaşa – vasitəçilik edən hər hansı üçüncü tərəfin iştirakı olmayan danışıqlar formatına keçilməsini təklif edir. Belə anlaşılır ki, rəsmi Ankara da geopolitik hədəfləri baxımından, üstəlik, prosesin sürətlənməsi üçün Rusiyasız, ikitərəfli danışıqların aparılmasında birbaşa maraqlıdır. Və bu format ön plana çıxarsa, Cənubi Qafqazda sülh prosesinin geriyədönməz xarakter daşıyacağına ümid bəsləmək mümkündür.

Əgər, rəsmi İrəvan Türkiyənin verdiyi bu önəmli mesajlardan lazımi nəticə çıxartmağa nail olarsa, Rusiyanın sülh danışıqları prosesindən kənarlaşdırılması da baş tuta bilər. Bu isə müəyyən mənada, Cənubi Qafqazda sülhü əngəlləyən əsas faktor olan Rusiyanın oyundankənar vəziyyətə salınması anlamı daşıyacaq. Əvəzindəsə, region münaqişələr dövrünü arxada buraxaraq, dinc inkişaf mərhələsinə keçid şansı qazanmış olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi