xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Tahir Kərimli: “Qazilərimiz və veteranlarımız niyə status üçün Bakıya gəlməlidir?”

23-02-2021, 13:17 69 dəfə baxılıb

Tahir Kərimli: “Qazilərimiz və veteranlarımız niyə status üçün Bakıya gəlməlidir?”


1994-cü ildə bizə 3 il vaxt lazım oldu ki, qazilər və veteranlarla bağlı problemi həll edək. Hesab edirəm ki, qazilərimiz, veterenlarımızla bağlı məsələnin həllinə diqqət edilməlidir. Rayonlarda yaşayan qazi və veteranların Bakıya gəlməsinə niyə ehtiyac olsun?
Bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli deyib.

Millət vəkili təklif edib ki, rayonlarda müvafiq regional şöbələr və komissiyalar yaradılsın: “Elə yerindəcə qazilərin və veteranların müraciətinə baxılsın və onların statusu, vəsiqəsi məsələsi həll edilsin”.

Tahir Kərimli diqqəti Vətən Müharibəsi zamanı Ahıska türklərinin fəaliyyətinə də çəkib: “Onlar I Qarabağ müharibəsi zamanı fəal iştirak ediblər. Aslan kimi vuruşublar. Bu müharibə zamanı da ahıska türkləri iştirak edib. Onlara minnətdarlıq edirəm. Mənim deputat seçildiyim Ağsu rayonunda da onlar yaşayır. Bu xalq qarşısında vəfa borcumuz var”.

Deputat Azərbaycan futbolu ilə bağlı tənqidi fikirlər səsləndirib: “Azərbaycanda “Qələbə” komandasından başqa digər komandalar Bakıda yerləşir. Bu necə Azərbaycan çempionatı oldu? Bu məsələyə diqqət etmək lazımdır. Nəzərə alınmalıdır ki, uşaq, gənclər futbolunu fəallaşdırmaq lazımdır. Biz 50 il əvvəl uşaq olanda futbol oynamışıq, əlimiz-ayağımızı da şüşə kəsib. İndi ryonlarda Olimpiya Kompleksləri tikilib. Niyə bu resursdan idmanın inkişafı üçün istifadə olunmasın. Mən İdman Nzirliyi ilə də danışmışam. Futbol sağlamlıq, gələcəyə yatırım, sərmayə deməkdir. Mənim deputat olduğum rayonunda komandası var. Bəzən gedib Kürdəmirdə məşq etməli, hazırlaşmalı olurlar. Hesab edirəm ki, bu ciddi məsələdir və bu haqda düşünmək lazımdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi