xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Hostel yoxsa əxlaqsızlıq yuvası? - Milli Məclisdə MÜZAKİRƏ

3-05-2019, 14:03 110 dəfə baxılıb

Hostel yoxsa əxlaqsızlıq yuvası? - Milli Məclisdə MÜZAKİRƏ


Deputat Tahir Kərimli Milli Məclisdə qonşuları ilə birlikdə yaşadığı binadan köçmək məcburiyyəti qarşısında qaldığını bildirib.

BEŞ.AZ oxu.az-a istinadən xəbər verir ki, deputat T.Kərimli parlamentdə çıxışı zamanı paytaxtın Zərifə Əliyeva küçəsində çoxmənzilli yaşayış binalarının birində yaşadığını deyib, burada mövcud olan hostellərlə bağlı problemləri qabardıb:

“Bildiyiniz kimi, çoxmənzilli təzə binaların aşağı mərtəbələrinin hostel kimi istifadə edilməsinə şərait yaradılıb. Bu isə bir çox hallarda öz mənfi nəticələrini göstərir. Əxlaqsızlıq yuvalarının yaranmasına gətirib çıxarır. Artıq qonşularla bezmişik. Oradan köçmək məcburriyyətində qalmışıq.

Kimsə özünü qanundan yuxarı göstərir, belə şeylərə şərait yaradır. Bizim küçə mərkəzi küçədir. Oradan dünyanın hər yerindən gəlib keçən dövlət və hökumət nümayəndələri var. Birdən bu hal kiminsə qabağına çıxar. Ona görə də binaların yuvalara çevrilməsinin qarşısı alınmalıdır”.

Öz növbəsində parlamentdə hesabat verən daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov məsələyə münasibət bildirib.

V. Eyvazov bildirib ki, bununla bağlı izahat tədbirləri olmalıdır:

“Bu problemi həll etmək mümkündür. Biz inzibati yolla yox, ancaq maarifləndirmə yolu ilə bunu edə bilərik”.

Deputat Araz Əlizadə isə hesab edir ki, belə halların yaranmaması üçün hostellərin girişi ayrı olmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi