xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

”Əsas odur ki, toplar susub...” – Kreml sözçüsünün eyhamlı Qarabağ açıqlaması nəyə hesablanıb?

18-12-2020, 15:06 90 dəfə baxılıb

”Əsas odur ki, toplar susub...” – Kreml sözçüsünün eyhamlı Qarabağ açıqlaması nəyə hesablanıb?


"Rusiya ümumiyyətlə, Qarabağ probleminin tam həllində maraqlı deyil”.

Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun "Qarabağ münaqişəsi həll oluna bilərmi?” sualına konkret cavab vermək əvəzinə, eyhamla "əsas odur ki, toplar susub” sözlərinə münasibət bildirərkən politoloq Nəsimi Məmmədli deyib:


"Şimal qonşumuz ümumiyyətlə, problemin davam etməsində maraqlıdır. Bu öncədən də bəlli idi. Lakin bu hal Azərbaycan tərəfinin qarşısında hər hansı həlli çətin problem yaratmır”.



Həmsöhbətimizin fikrincə, Rusiya faktiki olaraq bölgədə destruktiv fəaliyyətini açıq şəkildə davam etdirəcəksə, bu Azərbaycana imkan verəcək ki, regiona Moskvanın arzulamadığı əlavə oyunçuları dəvət etsin:

"Məsələn, ABŞ-ı, NATO-nun digər ölkələrini bölgəyə dəvət edə bilərik. Moskva da anlayır ki, bu ərazilər Azərbaycan ərazisidir. Sadəcə olaraq, Rusiya daha çox çalışır ki, Ermənistan keçmiş qondarma rejimin müstəqilliyini tanısın. Putin çıxışlarında bir neçə dəfə bu məqamı gündəmə gətirib. İrəvanın bu addımı atacağı təqdirdə, faktiki olaraq Ermənistanla Azərbaycan arasında yeni münaqişə yaranacaq. Münaqişə olacağı təqdirdə isə, Rusiya çalışacaq ki, bölgədə daha uzun müddətə və daha böyük qüvvə ilə qalsın”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi