xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:11 – İlham Əliyev açılışda iştirak edib - FOTOLAR 
  • 12:20 – İlham Əliyev bu şəxsləri təltif etdi 
  • 19:34 – İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır 
  • 17:36 – Prezident icra başçısını vəzifədən AZAD ETDİ 

"Kəskin istidən soyuq otağa daxil olsanız..." — Kardioloqdan XƏBƏRDARLIQ

2-07-2020, 12:08 136 dəfə baxılıb

"Kəskin istidən soyuq otağa daxil olsanız..." — Kardioloqdan XƏBƏRDARLIQ


Seçenov Universitetinin xəstəxana terapiyası klinikasının direktoru, Rusiya Elmlər Akademiyasının akademiki, kardioloq Yuri Belenkov rütubətin, təzyiqin, maqnetik aktivliyin və temperaturun sürətlə dəyişməsinin sağlamlığa mənfi təsir etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, akademikin sözlərinə görə, belə hava şəraitində dərman qəbul edən xəstələr həkim tövsiyələrini ciddi şəkildə yerinə yetirməlidir. Belenkov həmçinin adaptogen preparatların meteohəssas insanlara kömək edəcəyini söyləyib.

"Bunlara Çin limonunu, leuzea kimi bitkiləri və ya melatonini misal göstərmək olar. Melatonin bioloji, sirkadiya ritmlərimizi idarə edən hormondur və bu dəyişikliklərə dözməyə kömək edir".

Mütəxəssis həmçinin "nəfəs ala bilən" paltar və ayaqqabı geyinməyi məsləhət görüb. O bildirib ki, belə geyimlər orqanizmi istiyə dözümlü edir. Həkim xatırladıb ki, qan laxtalanmasının qarşısını almaq üçün çox miqdarda su içmək lazımdır. Mikronutrient ehtiyatları doldurmaq üçünsə suya həll olunan natrium və maqnezium duzları əlavə edilməlidir.

Daxili və açıq hava temperaturu beş dərəcədən çox fərqlənməməlidir. Kəskin istidən soyuq otağa girmək öskürək və radikulit meydana gətirə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi