xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Rusiya peyvənd sınaqlarının nəticəsini açıqladı

30-06-2020, 13:13 133 dəfə baxılıb

Rusiya peyvənd sınaqlarının nəticəsini açıqladı


Rusiyanın Seçenov Universitetinin mütəxəssisləri könüllülər üzərində aparılan koronavirus peyvəndi sınaqlarının nəticələrini açıqlayıb.

Bu barədə “TASS” agentliyinə Seçenov Universiteti Dərmanların Klinik Tədqiqatı Mərkəzinin rəhbəri, baş tədqiqatçı Yelena Smolyarçuk məlumat verib. O bildirib ki, peyvənd sınaqlarının nəticələrində az sayda gözlənilən əlavə təsirlərdən başqa ciddi arzuolunmaz mənfi təsirlər müşahidə olunmayıb.

Onun sözlərinə görə, sözügedən əlavə təsirlər post-vaksin təsirləri olaraq bilinir, lokal və ümumi xarakter daşıyır və heç bir müdaxiləyə ehtiyac olmadan öz-özünə keçir. O qeyd edib ki, bu təsirlər peyvənd qəbul edildikdən dərhal sonra və ya sonrakı bir neçə saat ərzində baş verir.

Qeyd edək ki, Seçenov Universitetində koronavirus peyvəndinin klinik sınaqlarının ilk mərhələsi iyunun 18-də başlayıb. 20 könüllüdən ibarət ikinci qrup isə 23 iyun tarixində peyvənd edilib. Smolyarçukun sözlərinə görə, peyvənd iki alt hissədən ibarətdir.

Birinci qrupda könüllülərin yarısına peyvəndin bir alt hissəsi, digər yarısına isə ikinci hissəsi vurulub. Qalan 20 nəfərə isə peyvənd tam vurulub.

“Bununla müxtəlif könüllülərdə immunitetin inkişaf tempi və intensivliyi idarə edilir”,- deyə mütəxəssis bildirib.

Xatırladaq ki, daha əvvəl Vektor mərkəzinin direktoru Rinat Maksyutov Rusiyada koronavirus vaksininin üç prototipinin immun reaksiya meydana gətirmə qabiliyyəti üzərində sınaqlardan uğurla keçdiyini və effektivliyini göstərdiyini açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi