xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Baş infeksionist Astara xəstəxanasında yayılan videodan danışdı

2-03-2020, 15:00 48 dəfə baxılıb

Baş infeksionist Astara xəstəxanasında yayılan videodan danışdı


“Əgər həmin şəxslər epidemik bölgədən gəlməyibsə, onlar bir yerdə saxlanıla bilər”.

Bunu Qafqazinfo-ya açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə karantinə alınan şəxslərin çay süfrəsi ətrafında söhbət etmələri ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hətta xaricdə belə insanları ev şəraitində belə müşahidə altında saxlayırlar:
“Amma epidemiya bölgəsindən (İranın Qum şəhəri) gələn insanlar bir yerdə saxlanılmır. O bölgədən gələn insanlarda kliniki əlamətlər varsa, onlar ayrı-ayrı saxlanılmalıdır. Yayılan videodan da görünür ki, həmin şəxslərdə heç bir kliniki əlamət yoxdur. Yəqin ki, epidemiya olmayan bölgələrdən gəliblər. Belə insanların hər birinin ayrı-ayrı palatalarda saxlanılmasına nə ehtiyac var? Elə bir imkan da yoxdur.
Epidemik bölgədən gəlmək də o demək deyil ki, həmin şəxslərdə koronavirus var. Ola bilər ki, onlarda səthi virus əlamətləri var. Bu əlamətlər koronavirusla oxşardır. Bizdə elə xəstələr var ki, onlarda koronovirus yox, qrip virusu aşkar olunub. Belə kliniki əlamətlər olan şəxslərin heç də hamısında koronavirus aşkar olunmur”.
Qeyd edək ki, sosial şəbəkələrdə Astara xəstəxanasında karantin altına alınan şəxslərin bir-biriylə yaxın ünsiyyət qurmasıyla bağlı görüntü paylaşılıb. Onlar bir yerdə maskasız şəkildə oturaraq çay içirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi