xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Azərbaycanda 12 nəfər koronavirusdan ölüb? – RƏSMİ AÇIQLAMA

4-02-2020, 12:11 58 dəfə baxılıb

Azərbaycanda 12 nəfər koronavirusdan ölüb? – RƏSMİ AÇIQLAMA


Azərbaycanın baş infeksionisti Cəlal İsayev özünü müxalifətçi adlandıran Elvin Abdullazadə adlı şəxsin Azərbaycanda 12 nəfərin koronavirusdan ölməsi ilə bağlı sosial şəbəkədə yazdığı məlumatlara münasibət bildirib.

C.İsayev Trend-ə açıqlamasında həmin məlumatı təkzib edərək bildirib ki, belə xəbərlərin yayılmasında məqsəd insanlar arasında ajiotaj yaratmaqdır:

“Azərbaycanda 12 nəfər koronavirusdan ölsə, belə sakitlik olar?! Heç mümkündürmü ki, onların birinin də olsa qohumu heç nə deməsin?! Bu məlumat tamamilə yalandır”.

Baş infeksionist Azərbaycanda indiyədək koronavirusa yoluxma halının qeydə alınmadığını da söyləyib.

Mütəxəssis əlavə edib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur:

“Bu zaman insanlarda zökəm əlamətləri – burun tutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Əgər xəstəlik ağır gedişatlı olarsa, ağciyər çatışmazlığı baş verir, bu da sonda ölümə səbəb ola bilir. Amma bu, o demək deyil ki, kiminsə boğazında qıcıqlanma varsa, o, koronavirusa yoluxub. Bu gün bu virus ölkəmizdə yoxdur və gətirilməsi ehtimalı da azdır”.

C.İsayev koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsini də mümkün saymayıb: “Bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər. Belə xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə etdikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Onun insanlara sənaye malları vasitəsilə keçirilməsi mümkünsüzdür”.

Koronavirusun istiyə davamlı olmadığını söyləyən baş infeksionist bildirib ki, koronavirus 37 dərəcə istidə 15 dəqiqəyə, otaq temperaturunda isə 3-4 saata məhv olur. O, havalar istiləşdikcə bu virusa yoluxma halının azalacağını da nəzərə çatdırıb.

Qeyd edək ki, Elvin Abdullazadə adlı şəxs sosial şəbəkədə Azərbaycanda 12 nəfərin koronavirusdan öldüyünü, lakin dövlət qurumlarının bunu gizlətdiklərini söyləyib. O, ölən şəxslərdən birinin hətta qohumu olduğunu iddia edir.

E.Abdullazadənin fikrincə, virus ölkəmizə Çindən gətirilən sənaye malları vasitəsilə yayılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi