xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Qaraciyərin vəziyyətini yaxşılaşdırmaq üçün 10 sadə məsləhət

20-11-2019, 11:31 72 dəfə baxılıb

Qaraciyərin vəziyyətini yaxşılaşdırmaq üçün 10 sadə məsləhət

Alkoqol, yağlı qida və ya dərmanlar qaraciyərə zərər vurduğu halda, bir neçə sadə məsləhət onun sağalmasına kömək edir.

“MedikForum” portalına istinadən orqanın vəziyyətinin yaxşılaşdırılması üçün bir neçə sadə üsulu təqdim edir:

Mümkün qədər tez-tez təzə məhsullar yemək. “Fast-food” mətbəxinin hazır yeməkləri və yarımfabrikatların tərkibində qaraciyərin işini ağırlaşdıran çoxlu yağ və şəkər var. Bu cür məhsulların əvəzinə təzə, emal edilməmiş inqrediyentlərə üstünlük vermək lazımdır. Bu, qaraciyəri qoruyur.

Alkoqol qəbuluna nəzarət etmək. Spirtli içki – qaraciyərin bir nömrəli düşmənidir, ona görə də ondan imtina etmək orqanın detoksasiyası üçün ən yaxşı addımdır. Məlumdur ki, alkoqol qaraciyər hüceyrələrini məhv edir, piylənməyə gətirib çıxarır və bu da qaraciyər serrozu ilə nəticələnir.

Su və ot çayları içmək. Bu cür vərdiş qaraciyərin təmizlənmə funksiyasını dəstəkləyir, orqana potensial toksik komponentlərdən sürətlə azad olmağa kömək edir. Qaraciyərin detoksasiyasına su, zəfəran, nanə, zəncirotu və alaqanqallı çay da yardımçı olur.

Qidanı sakit şəraitdə qəbul etmək. Stres və təlaş içində, ayaq üstə və ya sükan arxasında qida qəbulu həzm prosesini pozur, daha çox yeməyə səbəb olur, mədə və qaraciyəri həddindən artıq yükləyir. Həqiqətən də ac olanda yeyin və doyduğunuz halda dayanın. Qidanı tələsmədən sakit şəraitdə qəbul edin.

Doyumlu və ağır desertlərə can atmayın. Bu cür qidada yağ və şəkərin bolluğu qaraciyərin işini çətinləşdirir, ona görə də doyumlu və ağır destertləri hər gün yemək lazım deyil. Bunun əvəzinə tez-tez təzə meyvələrlə yağsız təbii yoqurt qəbul etmək daha doğrudur.

Dərmanlardan düzgün istifadə etmək. Yalnız həqiqətən də vacib və həkim tərəfindən yazılan dərmanları qəbul edin. Bir çox medikamentlər qaraciyəri zədələmək xüsusiyyətinə malikdir.

Siqaretdən imtina etmək. Qaraciyər hüceyrələrinin dağılmasına təkcə alkoqol səbəb olmur. Nikotinin də qaraciyərə ciddi zərbə vurması çox adama məlum deyil. Onun vəziyyətini yaxşılaşdırmaq istəyirsinizsə, siqareti atın.

Yetərincə yatmaq. Sağlam yuxu qaraciyər daxil olmaqla, bütün orqanizmdə reqenerasiya proseslərini stimulə edir.

Toksinlərdən qaçmaq. Ətraf mühitin toksinləri tez-tez özümüz də bilmədən qidaya nüfuz edir. Qaraciyərin ən pis düşmənlərindən biri kif göbələkləridir. Çörək və digər məhsullarda cüzi belə kif izi gördükdə, onları yeməyin.

Müayinə olunmaq. Qaraciyərin nə dərəcədə sağlam olmasını adi qan analizi verməklə yoxlamaq olar. Hər il qan analizi vermək 35 yaşdan yuxarı olan bütün insanlar üçün faydalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi