xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Noxudu islatdığınız suda bişirməyin! — PAXLALI BİTKİNİN 20 FAYDASI

29-08-2019, 10:38 126 dəfə baxılıb

Noxudu islatdığınız suda bişirməyin! — PAXLALI BİTKİNİN 20 FAYDASI

Azərbaycan mətbəxində sevilərək istehlak edilən noxudun faydalarını saymaqla bitmir. Noxudu bişirməzdən bir gün əvvəl mütləq suda saxlayırıq. Lakin həmin suda bişirmək qətiyyən olmaz. Çünkü həmin su vitamindən çox zəhərlə doludur. Mütəxəssislər noxudu ən az həftədə iki dəfə qəbul etməyi məsləhət görür.
"Ölkə.Az" xəbər verir ki, medicina.az noxudun sağlamlığa faydalarını araşdırıb.
• Bu möcüzəvi bitki DNT-ni xərçəngdən qoruyur.

• Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir paxladır. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud yüksək

zülallı qida və yem məhsuludur.
• Tərkibində olan liflərə görə bağırsaqlar üçün faydalı sayılır.
• O sinir sisteminin fəliyyətini yaxşılaşdırır, yuxunu normallaşdırır.
• Təzə noxudun suyu dəri və saçlar üçün çox faydalıdır. Noxud hüceyrələri qidalandırmaq və dəridəki yara izlərini sağaltmaq qabiliyyətinə malikdir.O saç köklərini möhkəmləndirir, tökülməsinin qarşısını alır.
• Artıq kilodan xilas olmaq istəyənlər noxud dieti saxlayaraq, piylərdən xilas ola bilər. Belə ki, gün ərzində yalnız noxud yeməklə arıqlamaq mümkündür.
Noxud orqanizmin vitamin və mineral balansını saxlamaqla aclıq hissini aradan qaldırır və artıq çəkidən azad olmağa yardım edir.
• Gün ərzində 2-3 stəkan bişmiş noxud yemək orqanizm üçün lazımsız xolesterolun azalmasına səbəb olur. Mütəxəssisilər noxudun ürək əzələsini qüvvətləndirmək qabiliyyətinə malik olduğunu söyləyirlər. Tərkibində olan omeqa-3 yağları ürək xəstəliklərinin qarşısını almaqda yardımçı olur.
• Noxudun tərkibində olan aminturşular, triptofan və serotonin yuxusuzluğun aradan qalxmasına kömək edir. Bunun üçün düzənli olaraq hər gün 1 stəkan bişmiş noxud yemək məsləhət görülür. • Hər gün noxud yemək stressi aradan qaldırır və yaddaşı möhkəmləndirir.
• İmmun sistemin möhkəmlənməsində noxudun tərkibində olan dəmir və vitamin C-in rolu böyükdür.

• Hər gün noxud yemək klimaks əlamətlərini aradan qaldırır. Orqanizmə enerji verdiyin görə mütəxəssislər zəifləmiş adamlar və hamilə qadınlar
üçün hər gün noxud yeməyi məsləhət bilirlər.• Noxudun tərkibində fol turşusu olduğuna görə ana südünün artmasına səbəb olur.
• Tərkibində olan fosfor qan hüceyrələrinin qorunmasına səbəb olur.
• Düzənli olaraq noxud yeyən adamlarda böyrək daşlarının tökülməsi müşahidə edilir. • Suyu zəhərlə dolu!

Bəzi insanlar vitamin səviyyəsi aşağı düşməsin deyə, noxudu islatdığı suyu atmır. Elə həmin suda da bişirir və ya suyunu içir. Lakin bu üsul heç də sağlam metod deyil və zərərlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi