xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Vətəndaşlara şad xəbər: xəstəxanalardakı problem həll olunur

9-03-2023, 13:00 36 dəfə baxılıb

Vətəndaşlara şad xəbər: xəstəxanalardakı problem həll olunur


İcbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanalarda sıxlıq müşahidə olunur. Bu barədə zaman-zaman sosial şəbəkələrdə paylaşımlar edilir.

Mövcud problemin həlli üçün ASAN Xidmət modeilini təklif edənlər var. Qeyd olunur ki, sıxlıq və növbələrin olmaması üçün ASAN Xidmət mərkəzlərində olduğu kimi növbə modeli tətbiq olunsa, yaxşı olar. Beləliklə, vətəndaş vaxtın çatmasına nə qədər qaldığını biləcək və buna görə saatlarla xəstəxanalarda növbə gözləməli olmayacaq.

Bu cür sistemin tətbiqi ilə bağlı isə sual altındadır.

Mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür növbə sisteminin tətbiqi nəzərdə tutulub və bununla bağlı yaxın vaxtlarda yenilik olacaq:

“Agentlik tərəfindən əhaliyə təqdim olunan tibbi xidmətlərin elektronlaşdırılması prioritet istiqamətlərdəndir. Tibb müəssisələrində onlayn növbənin tənzimlənməsi məqsədilə “e-Tabib” mobil tətbiqində təkmilləşdirmə işləri aparılır. Belə ki, tibb müəssisələrində onlayn növbə götürmək üçün mobil tətbiqdə bölmə yaradılır. Bölmənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi