xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 19:11 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

COVID-19 zamanı dad və iybilmənin bərpası üçün müalicə açıqlanıb

27-08-2021, 11:54 55 dəfə baxılıb

COVID-19 zamanı dad və iybilmənin bərpası üçün müalicə açıqlanıb


Koronavirusa yoluxmanın əsas simptomlarından olan iy və dadbilmənin kəskin itməsinin qısa zamanda bərpası istiqamətində yeni elmi tədqiqatlar aparılıb.

Bunu report-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

O bildirib ki, SARS-CoV-2 virusunun dünyada yayıldığı ilk aylarda bu virusa yoluxmanın əsas əlamətlərindən biri kimi iy və dadbilmənin kəskin şəkildə itməsi ilə bağlı elmi informasiyalar hər kəsə məlumdur:

"Hələ virusun yayıldığı ilk günlərdə bunun koronavirusa xas olan bir simptomlar olduğu bəllidir. Bugünlərdə iy və dadbilmənin kəskin itməsi zamanı onların qısa vaxt ərzində bərpası istiqamətində dərman preparatlarının daha effektiv təsiri araşdırılıb. Bundan başqa, xəstəliyin gedişində bu simptomların hər hansı proqnostik əhəmiyyətinin olub-olmadığı da aşkarlanıb".

COVID-19 zamanı dad və iybilmənin bərpası üçün müalicə açıqlanıb


Azərbaycanlı alimin sözlərinə görə, son elmi tədqiqatla sübut edilib ki, qoxu və dadbilmənin itməsinin qısa zamanda bərpasına istifadə olunan yerli steroid spreylər və mazlar (məlhəm) ciddi şəkildə kömək edir. Belə ki, tədqiqatda "Fluticason" burun spreyinin 5 günlük tətbiqi qoxu bilmənin bərpasına və "Triamcinolon" mazının 5 günlük yerli istifadəsi isə dadbilmənin bərpasını tezləşdirir:

"Bundan başqa, Braziliyada aparılan digər tədqiqatla sübut edilir ki, qoxubilmənin kəskin şəkildə anidən itməsi kliniki gedişata təsir edəcək proqnostik faktor kimi nəzərə alınmalıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi