xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İybilmənin itməsi: COVID-19 və digər virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərq

14-12-2020, 09:51 51 dəfə baxılıb

İybilmənin itməsi: COVID-19 və digər virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərq


Koronavirusun əsas əlamətlərindən biri qoxu və dad hissinin itməsidir. Xüsusilə son dövrdə virusa yoluxanların əksərində bu əlamətlər müşahidə olunur. Bəzi mütəxəssislər isə qoxu, dad itkisinin tək Covid-19-a xas olmadığını, digər respirator virus infeksiyalarına yoluxmada da müşahidə edildiyini açıqlayırlar.
"Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan terapevt Elena Selkova COVID-19 və kəskin respirator virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərqi açıqlayıb.

Həkim yerli mətbuata açıqlamasında bildirib ki, koronavirus zamanı qoxu itkisi burunun selikli qişasında yığıtı olmadan, yəni burun axıntısı olmadan yaranır.

"Burun axmır onun tıxanıqlığı və ümumiyyətlə, nəfəs almaqda çətinlik olmur" deyən mütəxəssis, bir neçə gündən sonra xəstəliyin əsas əlamətlərinin görünməyə başladığını söyləyib. Həkim əlavə edib ki, kəskin tənəffüs yolları xəstəliklərində qoxu hissi itir, ancaq bu zaman burunun selikli qişası tıxanır, bu bölgədə mucus yığılır və tıxanma hissi yaranır.
Bundan əvvəl E.Selkova, qoxu itkisinin tək koronavirus deyil, ciddi bir xəstəliyə işarə ola biləcəyini söyləyib. O qeyd edib ki, burunun selikli qişasının şişməsi ilə qoxu yox ola bilər. Bir qayda olaraq, bu, xüsusilə yazda çiçəkləmə dövründə kəskin tənəffüs xəstəlikləri və ya allergik reaksiyalar səbəbindən baş verir. Əlavə olaraq, qoxu itkisi ürək böhranından sonra və ya burunun xəlbir sümüyünün qırılması ilə bağlı baş verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi