xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:11 – İlham Əliyev açılışda iştirak edib - FOTOLAR 
  • 12:20 – İlham Əliyev bu şəxsləri təltif etdi 
  • 19:34 – İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır 
  • 17:36 – Prezident icra başçısını vəzifədən AZAD ETDİ 

Peyvəndlərdən əvvəl yoxlamalardan keçməyə ehtiyac varmı?

24-08-2021, 15:36 56 dəfə baxılıb

Peyvəndlərdən əvvəl yoxlamalardan keçməyə ehtiyac varmı?


“İnaktiv peyvəndlər tarix boyunca vurulub və bu peyvəndlər məktəblərdə vurularkən bizi müayinə etmidilər. Bunun bütün məsuliyyətini dərk edərək deyirəm. Bu gün istifadə olunan bütün peyvəndləri istənilən şəraitdə vurmaq tarixdə necə olubsa, indi də əks-göstəriş yoxdur”.

Bunu millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov deyib. O bildirib ki, bu gün peyvəndlərlə bağlı insanlar arasında fikir kirliliyi mövcuddur:

“Hətta bu fikir kirliliyi içərisində səhiyyə işçilərinin də böyük bir hissəsi bilmədən iştirak edirlər”.
Mütəxəssis peyvəndlərə əks-göstərişlər haqqında bir neçə nümunə də deyib:
“Bu gün cəmiyyətdə deyilən fikirlərin əksinə, hər kəsin peyvənd olunması gərəkdiyini deyiriksə, ilk növbədə vaksinasiyadan keçməsi gərəkən şəxslər risk qrupunda olan ürək-damar xəstələri,onların ən ağır formaları, şəkərli diabet, xərçəng xəstələri (kemoterapiya aldığı həftə istisna olmaqla), astma (kəskin fazadan sonra), allergiyanın bütün növləti peyvəndlənməlidir. Halbuki bu dəqiqə ən çox müzakirə olunan mövzudur. Onların erkən peyvənd olunmasına ehtiyac var.

Bu gün Avropanın, ABŞ-ın heç bir klinik mərkəzində varikozum var, bədənimdə tromb olma ehtimalı var deyə peyvənddən əvvəl xroniki xəstəliyə görə analizlərin aparılması müzakirə mövzusu deyil. Bu, dünən də olmayıb, bu gün də deyil və heç bir zaman olmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi