xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”

20-11-2020, 11:25 96 dəfə baxılıb

Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”


Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan qadın...

Hər kəs onu belə tanıdı. Onun kim olduğunu bilmədən bütün Azərbaycan onu sevdi, dəstəklədi, qürur duydu.

Və bu müsahibədə məlum oldu ki, xanımının çiyinlərində daşıdığı o şəhid Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda ön cəbhədə döyüşən və azad Qubadlıya ilk Azərbaycan bayrağını taxan Röyal Cəfərovdur.

Hamımızın Müdafiə Nazirliyinin yayımladığı videoda gördüyü, erməni bayrağını binanın üstündən təpikləyib yerə atan və orada Azərbaycan bayrağını dalğalandıran igid – döyüşçü Röyal Cəfərov!

“Qafqazinfo”nun əməkdaşları şəhid Röyal Cəfərovun Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan ailəsi ilə görüşərək Qəhrəmanımızın xatirəsini əbədiləşdirmək üçün onlarla söhbətləşib.



R.Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova deyir ki, ərinin tabutu altına girərkən əlavə heç bir şey düşünməyib: “Bu mənim son borcum idi, Röyalın qarşısında son vəzifəmi yerinə yetirdim”.

Atası Vaqif Cəfərov isə oğlu ilə danışarkən ona əsir düşməkdənsə, şəhid olmağı tapşırdığını deyir.

Röyalı xilas etməyə çalışan döyüş yoldaşı Süleyman Məmmədov həm də onunla birgə hərbi təhsil alıb.

S.Məmmədov döyüş zonasında ayağından yaralanan dostu Röyalın yarasını özünün “jqut”u ilə bağlayıb və sinəsində sürüyərək çıxarmaq istəyib. Bu zaman düşmən snayperi ilə Röyal növbəti dəfə vurulub, ona dəyən güllə çıxaraq dostu Süleymana tuş gəlib və o da yaralanıb. Süleyman onlara tərəf gələn 8 erməni əsgərini güllələyərək öldürüb, sonra isə dostunun meyitinin ermənilərin əlinə keçməməsi üçün yaralı vəziyyətdə özü ilə onu 700 metr daşıyıb.

Röyaldan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qaldı. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib.

Son arzusu da bu olub: ailəsini bir də görüb, sonra şəhid olmaq...

Murad Əhməd

Fotolar-Video: Nuran Məmmədov

Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”Şəhid ərini çiyinlərində daşıyan Firuzə - “Son borcum idi”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi