xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı

24-04-2019, 22:32 111 dəfə baxılıb

Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı



Ulu öndər Heydər Əliyevin imzaladığı ilk Prezident Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) tibb xidməti baş leytenantı şəhid Gültəkin Əsgərovanın anası pedaqoji elmlər namizədi, "Şəhid anaları" Xeyriyyə Cəmiyyətinin sədri Rəfiqə Əsgərova bu gün hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, vida mərasiminə Müdafiə Nazirliyinin rəsmiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

Mərasimdə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin başsağlığını mərhumun ailəsinə çatdırıb.

Tədbirdə şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanımın ömrünün sonunadək ölkədə vətənpərvərlik işinin təşkilində fəal iştirak etdiyindən, dəfələrlə cəbhə bölgəsində olduğundan, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksəldilməsi naminə apardığı məqsədyönlü işlərdən söhbət açılıb. Qeyd olunub ki, Rəfiqə xanım həmişə deyərdi: "Oğlum, qardaşım olmasa da, bir qızım vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalsa da, Azərbaycan əsgəri kimi yüzlərlə, minlərlə igid oğul tapmışam və onların da çiyinlərində bu dünyadan köçəcəyəm".

Milli Məclisin deputatı Adil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova, Gültəkin Əsgərovanın döyüş yoldaşı tibb xidməti polkovniki Xudu Xuduyev və başqaları çıxış edərək qəhrəman övladı kimi şəhid anasının da unudulmayacağını qeyd ediblər. Rəfiqə xanımın himayəsində böyüyən nəvəsi, şəhid qızı Əminə bu ağrılı, üzüntülü gündə onların kədərinə şərik olanlara, eləcə də nənəsinin arzusunu yerinə yetirərək onu hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınmasını təşkil edən Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şəhid Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova Yasamal qəbiristanlığında dəfn olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi