xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Bakıda yeni çəkilən yol tıxacları AZALDACAQ?

6-04-2024, 13:45 4 dəfə baxılıb



Bakı şəhərində nəqliyyatın yükünü azaltmaq üçün uğurlu bir layihəyə start verilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb.

Bu tam yeni yoldur və maraqlı coğrafiyası var.

Yeni yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq. Yolun ümumi uzunluğu 13 kilometrə yaxındır. Bu yoldan istifadə etməklə Ziya Bünyadov prospektindən Pirşağıya və yaxud həmin ərazidəki dəniz kənarına 10-15 dəqiqəyə çıxmaq mümkün olacaq.

Nəzərə alaq ki, pik saatlarında Bakının bütün giriş və çıxış yollarında böyük tıxaclar olur. Bu da istər-istəməz həm narazılığa, həm də vaxt itkisinə səbəb olur.

Bəs yeni yol tıxacların azalmasına şərait yaradacaqmı?

Məsələ ilə bağlı Bizim.media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yeni yol Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq:

“Yeni avtomobil yolu altı hərəkət zolağından (3 gediş, 3 gəliş üçün olmaqla) ibarət olacaq. Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.

Bu yolun inşası Heydər Əliyev, Azadlıq prospektlərindəki, eyni zamanda Bakı-Sumqayıt istiqamətindəki nəqliyyat yükünü xeyli azaldacaq”.

Ümid edək ki, yeni inşa edilən yol tıxacların azalmasına əsaslı şəkildə təsir edəcək. Xüsusən də, çimərlik mövsümündə paytaxt sakinlərinin və turistlərin dənizə çıxışını xeyli asanlaşdıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi