xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Bakının bu ərazisi sökülür — VİDEO

2-09-2019, 10:07 152 dəfə baxılıb

Bakının bu ərazisi sökülür — VİDEO

Bakı şəhəri, Yasamal rayonu ərazisində 53 yaşayış və qeyri-yaşayış obyektinin söküntüsünə başlanılıb. Buna səbəb Şəfaət Mehdiyev küçəsinin 1 kilometrə yaxın hissəsinin genişləndirilməsidir. Artıq ərazidə söküntü işləri başlayıb və yolun bir hissəsi genişləndirilib.
Xezerxeber bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilən yolun bir hissəsinə artıq yeni asfalt örtüyü də vurulub.

Agentliyin sözçüsü Anar Nəcəfli bildirir ki, vaxtilə həmin hissədə evlər və obyektlər tikildiyindən yol həddindən artıq daralıb.

Şəfaət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında olan 1 kilomtrə yaxın hissəsinin eni genişləndirilərək 18 metrə çatdırılır. 1-ci texniki dərəcəyə uyğun olaraq tikilən yol 4 hərəkət zolağından ibarət olacaq.

Üçqat asfalt örtüyü vurulacaq yolda artıq asfaltlama işlərinə başlanılıb. Burada həmçinin vətəndaşların rahat hərəkəti üçün piyada səkiləri yaradılacaq və işıqlandırma sistemi qurulacaq. Yol istifadəyə verildikdən sonra Tbilisi prospekti ilə Hüseyn Cavid prospektinə birbaşa maneəsiz çıxış əldə olunacaq.
Bu da günün pik saatlarında metronun "Elmər Akademiyası" stansiyası yaxınlığında yaranan tıxacın azalmasına gətirib çıxaracaq.

Yolun bu ayın sonuna qədər tam şəkildə istifadəyə verilməsi planlaşdırılır.

Daha ətraflı videomaterialda:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi