xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

"Bakıda öz meydanımızda oynayacağıq" — Şenol Günəş

5-12-2019, 10:06 50 dəfə baxılıb

"Bakıda öz meydanımızda oynayacağıq" — Şenol Günəş


"Haradan gəlib, haraya getdiyimizi yaxşı bilirik. Qələbəni də, məğlubiyyəti də görmüşük. İndi tam hazır bir komanda ilə yola çıxırıq. Oyunların Bakıda keçirilməsi ilə bağlı deyim ki, biz elə bunu istəyirdik. Uzun səyahət olsa da, Bakıda öz meydanımızda oynayacağıq. Buraya gəlmək çox vacib idi. Bu, qürurvericidir".
Azərtac xəbər verir ki, bunu futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş təşkil etdiyi mətbuat konfransında deyib.

“Avro-2020” barədə danışan Ş.Güneş Türkiyə millisinin yer aldığı A qrupunun oyunları ilə bağlı bildirib: “Avro-2020”də Türkiyəni və Azərbaycanı təmsil edəcəyik. Bakıda iki çətin oyunumuz olacaq. İtaliya ilə keçiriləcək görüş də çox vacibdir. Həmin matçda məğlub da ola, qalib də gələ bilərik. Bakıdakı iki oyunun nəticəsi vəziyyəti tamamilə dəyişə bilər”.

Qeyd edək ki, noyabrın 30-da Buxarestdə keçirilən püşkatmanın nəticələrinə əsasən, Bakının Roma ilə birlikdə oyunlarına ev sahibliyi edəcəyi A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə yığmaları yer alıblar.
Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun üç, dörddəbir final mərhələsinin bir qarşılaşması təşkil olunacaq. Qardaş ölkənin yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda iyunun 13-də Uels və İsveçrə yığmaları qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi