xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

“Azərbaycanı məğlub etməyin yolunu bilirik” - Uelsli futbolçu

14-11-2019, 11:30 60 dəfə baxılıb

“Azərbaycanı məğlub etməyin yolunu bilirik” - Uelsli futbolçu

“Uelsin heyətində Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq əla olardı. Bunun üçün əlimizdən gələni etməliyik”.

Bu sözləri Uels millisinin yarımmüdafiəçisi Harri Uilson yerli mətbuata açıqlamasında deyib. AÇ-2020-nin seçmə mərhələsində 2 gün sonra Bakıda millimizlə keçirəcəkləri oyun haqda danışan “Bornmut”un futbolçusu Azərbaycanı məğlub etməyin yolunu bildiklərini söyləyib:

“Seçmə mərhələnin son iki oyununda qalib gəlməli olduğumuzu bilirik. İstədiyimiz oyunu sərgiləyə bilsək, əminəm ki, bunu bacaracağıq. Azərbaycanla evdəki görüş düşündüyümüzdən çətin olmuşdu. Buna görə də mütləq onlara hörmət etməliyik. Kardiffdəki matçda müdafiədə və orta xətdə yaxşı təşkilatlanmış komanda gördük. Azərbaycanın güclü və zəif tərəflərini analiz etmişik. Onları necə məğlub edə biləcəyimizi bilirik. Ancaq bizə qarşı diqqətli oynayacaqlar”.

Qeyd edək ki, noyabrın 16-da Bakıda millimizin qonağı olacaq Uels seçməsi, 3 gün sonra evdə Macarıstanla üz-üzə gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi