xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

AzTV-nin aparıcısını şantaj edən şəxs sabiq kanal rəhbərinin oğludur — FOTO

10-08-2020, 15:15 503 dəfə baxılıb

AzTV-nin aparıcısını şantaj edən şəxs sabiq kanal rəhbərinin oğludur — FOTO


Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj etdiyi üçün həbs edilən tanınmış televiziyaçının oğludur.
Unikal.org-un əldə etdiyi məlumata görə, həbs edilən 1982-ci il təvəllüdlü Yusif Şəfiyev tanınmış jurnalist və teleşərhçi, "ARB 24" televiziyasının sabiq rəhbəri, hazırda isə Baskal Bələdiyyə sədri olan Nadir Şəfiyevin oğludur.

Qeyd edək ki, AzTV-nin xanım əməkdaşı A.S. ilə (ad və soyad şərtidir) bir müddət tanışlıq münasibətində olan bir nəfər aralarındakı münasibətlər sona çatdıqdan sonra həmin xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi şəkillərini montaj edərək rüsvayedici şəkillər hazırlayaraq qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib. Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri «aztvxana» adı ilə açdığı instagram səhifəsində paylaşıb.
Araşdırmalarla həmin şəxs - 1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Yusif Şəfiyevin atası Nadir Şəfiyev və digər qardaşı Allahverdi Şəfiyev ARB kanalındakı vəzifələrindən oğurluq faktına görə kənarlaşdırılıblar.

AzTV-nin aparıcısını şantaj edən şəxs sabiq kanal rəhbərinin oğludur — FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi