xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 09:44 – İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 

Azərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər

23-04-2019, 22:54 298 dəfə baxılıb

Azərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər



Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Sayılov Hüseyn Xələf oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
xezerinformasiya.com "Ölkə.Az"a istinadən xəbər verir ki, hakim S.Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən Ruhidə Qasımova (ad və soy ad şərtidir) şantaj olunduğunu deyib.

Qasımova bildirib ki, tanımadığı bir nəfər onu qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib və 3000 manat tələb edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.
Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Məhkəmənin baxış iclası aprelin 25-nə təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi