xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Yeni pandemiyanın astanasındayıq - İki ölümcül virus aşkar edildi

27-06-2025, 09:31 8 dəfə baxılıb

Yeni pandemiyanın astanasındayıq - İki ölümcül virus aşkar edildi


Çin alimləri yarasalarda əvvəllər məlum olmayan 20 yeni virus aşkarlayıblar. Onlardan bəzilərinin ölümcül Nipah və Hendra virusları ilə eyni virus ailəsinə aid olduğu bildirilib.

"Tədqiqat Yunnan vilayətində aparılıb. Alimlər 2017-2021-ci illər ərzində 10 müxtəlif növdən olan 142 yarasanın böyrək toxumalarını analiz ediblər. Genetik sekvensiya nəticəsində 22 virus aşkar edilib. Bunlardan 20-si elmi ədəbiyyata əvvəllər məlum olmayıb. İki virusun isə insanlara ölümcül təsir göstərən henipaviruslarla əlaqəli olduğu müəyyən olunub.

Henipaviruslar qripə bənzər simptomlardan tutmuş ağır beyin iltihabına qədər xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər bu virusların insanlara və ya mal-qaraya keçmək potensialının yüksək olduğunu deyirlər.

Avstraliyalı virusoloq professor Vinod Balasubramaniam bildirib ki, tapılan viruslar insan sağlamlığı baxımından "təhlükəli xəbərdarlıq siqnalı"dır. O, virusların yarasa sidiyi ilə meyvə və su vasitəsilə yayıla biləcəyini vurğulayıb.

Tədqiqat həm də ilk dəfə olaraq yarasa böyrəklərində bu qədər çox virus aşkarlanması ilə diqqət çəkib. Bu isə virusların orqanizm daxilində daha geniş yayıla bildiyini göstərir.

Ekspertlər virusların yayılmasının qarşısını almaq üçün ekoloji nəzarətin gücləndirilməsini və potensial risk daşıyan ərazilərdə biosigurta tədbirlərinin artırılmasını tövsiyə edirlər.(Milli.Az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi