xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“Bacımgil həmin gecə suşi yeməyiblər”

22-11-2019, 16:16 110 dəfə baxılıb

“Bacımgil həmin gecə suşi yeməyiblər”


Xəbər verdiyimiz kimi, ötən gün Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə və İbadova Həmidə qidadan zəhərlənib. Həmidə ilə Dilrubə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, Şəkər hadisə yerində keçinib.

"Qafqazinfo"ya açıqlama verən Dilrubə Quliyevanın bacısı Firuzə Quliyeva hadisənin bəzi təfərrüatlarını açıqlayıb. O, əvvəlcə bəzi KİV-də, eləcə də sosial şəbəkələrdə qızların suşidən zəhərlənməsi barədə yayılan xəbəri təkzib edib:

"Qızlar suşidən zəhərlənməyiblər. Bacım həmin axşam anamla telefonda danışanda yemək bişirirdilər. Tam dəqiq bilməsək də, deyilənə görə, kartof qızartması, xiyar turşusu və mandarin yeyiblər".

Bacısının sözlərinə görə, Dilrubə yataqxanada davamlı olaraq qalmırdı.

O, vəziyyətin bu həddə çatmasında təcili tibbi yardım əməkdaşlarını səhlənkarlığa yol verməkdə ittiham edib: "Bacım yataqxanada qeydiyyatda olsa da, orada hər gün qalmırdı. Əmim Rusiyada olduğu üçün, onun yoldaşının yanında qalırdı. Sadəcə, kəsiri olan günlər yataqxanada qalırdı ki, universitetə daha tez çatsın. Hadisə baş verən gün də o günlərdən biri idi. Bacımın kəsiri varıydı. Qızlar isə axşam qidadan zəhərləniblər. Gecə təcili tibbi yardım gəlib ilkin yardım göstərib və onlara dimedrol-analgin vurub. Bildiyimiz kimi, dimedrol da yuxu gətirir. Yatmamışdan əvvəl yataqxanada qalan Tofiqə adlı qıza deyiblər ki, səhər bizi yuxudan oyadarsan, gecikmərik. Dilrubənin kəsir dərsi var idi, ora getməli idi. Qız səhər gəlib görüb ki, Şəkər keçinib. Dilrubə ilə Həmidənin ağzından köpük axır. Yenidən təcili tibbi yardım çağırıblar, o da gec gəlib. Bir saatdan sonra qızları təcili tibbi yardım maşını ilə "Semaşko"ya çatdırıblar. Bizə də səhər zəng edib məlumat verdilər".

Firuzə Quliyeva hazırda bacısı ilə Həmidənin durumunun yaxşı olduğunu bildirib: "Valideynlərim bacımın yanındadırlar. Onunla görüşüb danışıblar. Həm bacımın, həm də Həmidənin durumu yaxşıdır".

Qeyd edək ki, baş verən hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi