xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:46 – Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 

Cani Xaçaturyanın özü kimi ailəsi: indi siçan deşiyi axtarsınlar - FOTOLAR

31-07-2023, 10:52 20 dəfə baxılıb

Cani Xaçaturyanın özü kimi ailəsi: indi siçan deşiyi axtarsınlar - FOTOLAR


Xocalı rayonunun Meşəli kəndində soyqırımı iştirakçısı olmuş Vaqif Xaçaturyanın saxlanılması, digər caniləri narahat etməyə başlayıb. Bilirlər ki, sıra onlara çatacaq, bu səbəbdən hay-küy salıb Azərbaycan tərəfini günahlandırırlar.

Xaçaturyanın ailəsi onun süddən çıxmış ağ qaşıq olduğunu desələr də, sən demə, özləri də heç "ailə başçılarından" geri qalmırmış.

Gəlin, Vaqif Xaçatryanın ailəsi ilə tanış olaq:

Həbs olunan şəxsin qızı Vera Xaçatryan sosial şəbəkələrdən aktiv istifadə edir. Ağıllı şeirlər və "qəhrəman artsax" haqqında video arasında o, ərinin və oğullarının şəkillərini qürurla paylaşır.

Vaqifin oğulları, nəvələri, biri silahlı, biri kamuflyajlıdır. Ana yazır ki, onların ailəsində necə “intiqamçı əsgərlər” yetişməsi ilə fəxr edir.

Onların atası da şəkillər arasında yer alıb - bu, Vaqifin kürəkənidir. O, ümumiyyətlə, hazır hərbi cinayətkardır. Ya xidmət edir, ya da xidməti bitirib, döyüş mövqelərində özü kimiləri ilə fotoşəkilləri mövcuddur.

İndi bütün ailə Xankəndidədən çıxmağa qorxacaq ki, istintaq təcridxanasında babalarının yanına getməsinlər. Necə deyərlər, siçan deşiyi axtarsınlar, bəlkə harasa soxulmaqla gözdən itə bilərlər. Təbii ki, bu da müvəqqəti olacaq. Hələ utanmaz-utanmaz qızı atasının günahsız olduğunu, bir milçəyi belə, incitmədiyini söyləyirdi. Daha demir ki, bunların ailəsinin mərhəməti milçəklə ölçülürsə, Ermənistanda milçək qalmaz.

Yeri gəlmişkən, qeyd edək ki, Xaçaturyanın işgəncə verdiyi həmvətənlərimiz dünəndən bəri o caninin etdikləri barədə açıqlamalar verirlər. Bu erməni quldurunun nə etdiklərini Meşəlidən olan sakinlərimiz öz dili ilə nəql edirlər.

Cani Xaçaturyanın özü kimi ailəsi: indi siçan deşiyi axtarsınlar - FOTOLARCani Xaçaturyanın özü kimi ailəsi: indi siçan deşiyi axtarsınlar - FOTOLARCani Xaçaturyanın özü kimi ailəsi: indi siçan deşiyi axtarsınlar - FOTOLARCani Xaçaturyanın özü kimi ailəsi: indi siçan deşiyi axtarsınlar - FOTOLARCani Xaçaturyanın özü kimi ailəsi: indi siçan deşiyi axtarsınlar - FOTOLARCani Xaçaturyanın özü kimi ailəsi: indi siçan deşiyi axtarsınlar - FOTOLARCani Xaçaturyanın özü kimi ailəsi: indi siçan deşiyi axtarsınlar - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi