xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:54 – Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 11:47 – İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir 

Meşəli kənd məktəbinin keçmiş direktoru: "Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi yandırıb"

31-07-2023, 09:26 41 dəfə baxılıb

Meşəli kənd məktəbinin keçmiş direktoru: "Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi yandırıb"


"İçərisində Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi məktəbdə yandırıblar".

Bunu "Report"un Qərb bürosuna müsahibəsində Meşəli kənd orta məktəbinin keçmiş direktoru Alış Alışov bildirib.

"Bu hadisələrdən öncə dəfələrlə ermənilər bizim kəndin camaatına qarşı düşmənçilik hisslərini göstəriblər. Onlar müharibə başlayandan mütəmadi olaraq kəndi atəşə tuturdular. Bir dəfə dərs zamanı məktəbi raketlə vurdular, xəsarət alanlar oldu. Məktəbə ciddi zərər dəydi", - A.Alışov deyib.

Onun sözlərinə görə, 1991-ci il dekabrın 23-də səhər saatlarında erməni hərbçiləri kəndi 3 yerdən atəşə tutaraq hücuma keçir. Həmin vaxt məktəb direktoru və özünümüdafiə dəstəsinin komandir müavini olan müsahibimiz həmin günü belə xatırlayır:


"Bizdə sadəcə 11 təlim avtomatı və bir neçə ov tüfəngi var idi. Kəndin müdafiəsinə gələn 10 əsgər də bizimlə döyüşürdülər. Ermənilər kəndi dayanmadan atəşə tutaraq günahsız dinc sakinlərimizi xüsusi amansızlıqla qətlə yetirirdilər. Yaşlı, cavan, qadın, uşaq demədən hər kəsə divan tuturdular. Mənim şagirdlərimdən biri, 7-ci sinifdə oxuyan 14 yaşlı Allahverdiyev Vidadi Müsül oğlunu məktəbin içərisində yandırmışdılar. Onun külünü atası əlləri ilə yerdən yığıb bir qutuya doldurdu və Laçında qəbiristanlıqda torpağa tapşırdı. Erməni silahlı dəstəsinin öndə gedənlərdən biri də Vaqif Xaçatryan idi. O həm qatil, həm də talançı idi. Qətlə yetirilən sakinlərin evinə soxularaq orada pul, qızıl-zinət və digər ev əşyalarını mənimsəyirdi. Həmin vaxt kənd sakinlərindən birini yaralı halda özü ilə girov da aparmışdı. Sonradan bildik ki, Barat adlı gənc özünü maşından ataraq qaçıb".

A.Alışov Xaçatryanın saxlanıldığını eşidəndə qürur hissi yaşadığını vurğulayıb:

"Şükürlər olsun ki, cinayətkar ələ keçdi və qanunvericiliyə uyğun olaraq öz cəzasını çəkəcək. Onunla yanaşı, digərlərinin də cəzasını çəkməsini arzu edirəm".

Qeyd edək ki, Alış Alışov hazırda Goranboy rayonunun Meşəli qəsəbəsində məskunlaşıb

Meşəli kənd məktəbinin keçmiş direktoru: "Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi yandırıb"Meşəli kənd məktəbinin keçmiş direktoru: "Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi yandırıb"Meşəli kənd məktəbinin keçmiş direktoru: "Vaqif Xaçatryanın da olduğu silahlı dəstə şagirdimi yandırıb"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi