xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

"Facebook" yeni messencer istifadəyə verəcək

28-08-2019, 10:52 76 dəfə baxılıb

"Facebook" yeni messencer istifadəyə verəcək

The Verge saytının jurnalistləri öyrəniblər ki, Facebook şirkətinin messencerlər siyahısı yeni tətbiq ilə genişlənəcək.
Technote xəbər verir ki, yeni tətbiq isə Threads adlanacaq.

Qeyd etmək lazımdır ki, şirkətin artıq Whatsapp və Messenger-i var. Threads tətbiqi məşhur Instagram fotoservisinə əlavə olaraq hazırlanır. Bu üsulla yeni tətbiq istifadəçilərin ünsiyyətlərini asanlaşdırmalı və digər messencerlərdə olmayan bəzi özəllikləri təqdim etməlidir. Bu ilin may ayında Instagram tərtibatçıları fotoservis istifadəçilərinin öz aralarında mesajlaşmaq üçün nəzərdə tutulmuş ayrıca Direct tətbiqinin hazırlanmasını dayandırdılar.
Həmin tətbiq 2017-ci ilin sonundan bəri hazırlanırdı. Servis rəhbərliyi bildirmişdi ki, Direct tətbiqinin beta testində iştirak etmiş insanlar özəl mesaj göndərmək üçün Instagram-dan çıxıb başqa tətbiqə keçid etmək özəlliyini bəyənmədilər. Lakin şirkət hələ də ünsiyyət vasitəsinin genişləndirilməsində maraqlıdır. The Verge saytının əldə etdiyi Threads tətbiqinin fotosundan da görmək olar ki, bu tətbiq istifadəçilərin yaxın dostlar siyahsından olan şəxslər ilə ünsiyyətləri üçün nəzərdə tutulub. Sözügedən tətbiq real zaman ərzində müxtəlif məlumatarın paylaşılmasını mümkün edəcək. Məsələn istifadəçinin yerləşdiyi yer, onun hərəkət sürəti, smartfonun enerji səviyyəsi və s. İstifadəçilər həmçinin statusları özləri də dəyişə biləcəklər.
"Facebook" yeni messencer istifadəyə verəcək
Həmin statuslar isə mesajlar ilə birlikdə əsas səhifədə əks olunacaqlar. Threads-də ünsiyyət Instagram-ın mesajlaşmaq özəlliyini xatırladır. Dostlardan olan mesajlar mərkəzi səhifədə əks olunurlar. İstifadəçilərin avatarları isə yaşıl rənglə işarələnirlər. Bu, hansı istifadəçinin hal hazırda online olduğunu əks etdirir. Threads bölməsində isə dostların paylaşdıqları kontentlərə baxmaq mümkün olacaq. Bununla yanaşı Threads tətbiqi kamera özəlliyini də özündə birləşdirəcək. Bu vasitə ilə istifadəçilər foto və videolar göndərə biləcəklər. Yeni tətbiqin nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat yoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi