İlqar Abbasov: Şirvanda koronavirus əleyhinə profilaktik tədbirlərə nəzarət davam etdirilir
12-08-2020, 11:48
515 dəfə baxılıb
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov - Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdi
Azərbaycan demokratiyanın, insan haqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı tempinə və digər müsbət məsələlərdə dünya praktikasından yararlanmaqla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə özünü ən yeni səviyyəyə çıxarmışdır . Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu araşdırma mərkəzləri tərəfindən aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalq və hakimiyyət birliyinə görə dünya dövlətləri arasında ön sıralardadır.
Aparılan demokratik islahatlar, insan haqlarının daim ön planda saxlanılması, ölkə vətəndaşlarının maraqlarının həm siyasi, həm maddi mənada təminatı üçün atılan konkret addımlar bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə gətirib çıxarmışdır. Bu istiqamətdə görülən işlərin davamı xalq və hakimiyyət arasında birliyi daha da möhkəmləndirməkdə, Azərbaycanda demokratiyanın inkişaf tempini bir qədər də sürətləndirməkdədir.Maddi rifah halı daim yüksələn xətt üzrə inkişaf edən Azərbaycan insanı öz hüquqlarını reallaşıdırmaqda, sərbəst seçimini etməkdə, söz və fikir azadlığından faydalanmaqda hər hansı problem yaşamır. Belə vəziyyət isə təbii olaraq hakimiyyət və xalq arasında yaşanan birliyi daha da möhkəmləndirir, onu hər hansı qüvvənin istənilən formada cəhdində belə sarsılmayacaq özüllər üzərində qurur.
Ölkədə təhsil, səhiyyə və digər sahələrdə də böyük işlər görülmüşdür. Xarici siyasət sahəsində atılan uğurlu addımlar sayəsində Azərbaycanın beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmişdir. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə səbəb olmuşdur. Elə buna görə də postsovet məkanında Azərbaycan xalq tərəfindən hakimiyyətin siyasətinin dəstəklənməsinə görə lider mövqedən çıxış edir və bunu nüfuzlu beynəlxalq təşkilatların apardığı araşdırmalar da təsdiq edir.
Şirvanda koronavirus əleyhinə profilaktik tədbirlərə nəzarət daha da gücləndirilir
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Nazir cənab Əli Əsədovun sədrliyi ilə keçirilən videokonfransda koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində verilən tapşırıqların yerinə yetirilməsi, koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Polis şöbəsinin rəisi Hikmət Quliyev, 5 saylı Ərazi Vergilər idarəsinin rəisi Fuad Mahmudov, Qida Təhlükəsizliyi Agentliyinin Salyan regeonal bölməsinin rəisi Vüqar Əliyev və digər aidiyyətı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə şəhər ərazisində fəaliyyət göstərən ticarət və ictimai iaşə obyektlərinə reydlər keçirilmişdir.
Reyd zamanı ticarət və ictimai iaşə obyektlərinin sahibləri, xidmətdən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparılmış, obyektlərin giriş hissəsində dezinfeksiyaedici maddələrlə obyektə daxil olan insanların əllərinin dezinfeksiya olunması, maskasız daxil olan insanlara maskaların verilməsinin təşkil edilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətdən istifadə edənlərin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən istifadə etmələri, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinin texniki vasitələrlə mütamadi səsləndirilib, alıcıların nəzərinə çatdırılması barədə tövsiyələr verilmiş,qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə qanunvericiliyin tələbləri izah olunmuş,icrası məcburi göstərişlər verilmişdir.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara əməl etməyənlər barədə inzibati tədbirlərin davam etdiriləcəyi obyekt sahiblərinin nəzərinə çatdırılmış, qaydalara əməl etməyənlər barədə qanunvericiliyə uyğun daha sərt tədbirlərin görüləcəyi bildirilmişdir.
Şirvan şəhər ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tövsiyə, qərar və tapşırıqların yerinə yetirilməsi istiqamətində nəzarət tədbirləri bundan sonra da ardıcıl davam etdiriləcəkdir.
Şirvan şəhər İcra Hakimiyyətində növbəti video-müşavirə keçirilib
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sədrliyi ilə video-müşavirə keçirildi.Müşavirədə DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov,Şirvan şəhər prokroru Fuad Məmmədov, Polis şöbəsinin rəisi Hikmət Quliyev, 5 saylı Ərazi Vergilər idarəsinin rəisi Fuad Mahmudov, Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in direktoru Fərhad Səfərov, Şirvan Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəsib Səhratov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Qida Təhlükəsizliyi Agentliyinin Salyan regeonal bölməsinin əməkdaşı Ceyhun Nağıyev, Gigiyena və Epidemiologiya Mərkəzinin baş həkimi Mehdixan Süleymanov və İcra Hakimiyyətinin məsul əməkdaşları, İcra nümayəndələri, aidiyyatı xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Video-müşavirədə giriş sözü ilə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminə nəzarətin gücləndirilməsinə dair geniş tərkibli videokonfransın keçirildiyini, Baş Nazir cənab Əli Əsədovun sədrliyi ilə keçirilən videokonfransda sanitar qaydalara ciddi əməl olunması, nəzarət funksiyalarını qüsursuz həyata keçirməli olan şəhər və rayon icra hakimiyyətləri, hüquq-mühafizə orqanları- prokrorluq, polis, DTX, səhiyyə strukturları qarşısında duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələr verildiyini qeyd etdi.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və xalqımızın bu yolxucu infeksiyadan az zərərlə çıxması istiqamətində Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq, qərar və tövsiyələrinin ölkəmizdə yerinə yetirilməsinə yönəlik zəruri qabaqlayıcı tədbirlərin görüldüyünü, profilaktik və təxirəsalınmaz tədbirlərin yerlərdə də davam etdirildiyini bildirdi.
Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Şirvan şəhəri ərazisində, 386 yaşayış binasının ətrafında, giriş bloklarında və pilləkənlərdə, ticarət və ictimai–iaşə obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminalarında, park və xiyabanlarda, avtomobil dayanacaqlarında dezinfeksiya işləri, evdə müalicəyə cəlb olunmuş şəhər sakinləri ilə bağlı həyata keçirilən tədbirlər, koronavirus profliktıkasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə şəhər İcra Hakimiyyəti, Polis Şöbəsi, Dövlət Təhlükəsizlik Xidmətinin şəhər şöbəsi, QTA və 5 saylı Ərazi Vergilər idarəsinin rəhbər və məsul əməkdaşlarının iştirakı ilə ticarət və xidmət obyektlərində keçirilən reydlər və onların nəticələri, mobil təbliğat qruplarının fəaliyyəti, inzibati məsuliyyət tədbirləri barədə geniş məlumat verildi.
Video-müşavirədə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində aidiyyatı dövlət qurumlarının nümayəndələri tərəfindən görülən işlər barədə ətraflı məlumatlar verildi. Həyata keçiriləcək profilaktik tədbirlərlə bağlı təkliflər irəli sürüldü. Müxtəlif bank filallarında və ödəmə terminalarında, ictimai nəqliyyatda dezinfeksiya işlərinin aparılması, sosial məsafənin gözlənilməsi, maskadan istifadəyə ciddi nəzarətin davam etdirilməsi tövsiyə olundu.Sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov həlli vacib olan məsələlərlə bağlı aidiyyətı qurumların rəhbərlərinə, məsul əməkdaşlara müvafiq tapşırıq və tövsiyələr verdi
Şirvanda mobil təbliğat qruplarının fəaliyyəti daha da gücləndirilir
Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şirvan şəhərində də təxirəsalınmaz tədbirlər davam etdirilir.
Şirvan şəhər İcra Hakimiyyəti koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə insanları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırır. Bu məqsədlə mobil təbliğat qruplarının imkanlarından səmərəli istifadə edilir. Mobil təbliğat qruplarının üzvləri xəstəliyin əlamətləri, sosial məsafənin gözlənilməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi, tibbi maskalardan istifadə qaydaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları, hər cür ehtiyat tədbirləri görmələri barədə əhali arasında maarifləndirmə işləri aparırlar.
Sakinlərə izah edilir ki, koronavirus (COVİD-19) infeksiyasına yoluxma halı aşkar edildiyi halda, dərhal xəstəxanaya müraciət edilməli, onunla təmasda olan bütün insanlar, o cümlədən ailə üzvləri dərhal testdən keçirilməli və testin nəticəsindən asılı olmayaraq 14 (on dörd) gün müddətində təcrid olunmalı, təcrid olunmuş şəxslər 14 (on dörd) gün sonra təkrar test olunmalı və nəticəsindən asılı olaraq ambulator-proflaktik müəssisə tərəfindən müvafiq qərar verilməlidir.
Mobil təbliğat qrupları əhali ilə yanaşı şəhərdə fəaliyyət göstərən ticarət, ictimai iaşə obyektlərində də lazımi maarifləndirmə tədbirləri həyata keçirir. Sahibkarları, ticarət və ictimai iaşə xidmətlərindən istifadə edən sakinləri Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı qərar, tövsiyə və tapşırıqlarını yerinə yetirməyə, satıcılar və alıcılar arasında sosial məsafənin gözlənilməsinə, maskalardan istifadə edilməsinə, mütəmadi dezinfeksiya işlərinin aparılmasına ciddi riayət edilməsini tövsiyə edir, qaydalara əməl etməyənlərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəyini bildirirlər.
Şəhər ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər sakinlər tərəfindən böyük razılıqla qarşılanır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ölkəmizdə koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlik tapşırıq və tövsiyələrinin yerinə yetirilməsinə böyük töhfə kimi dəyərləndirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR