xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Göyçay Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov vəzifəsini vicdanla yerinə yetirir

28-07-2020, 14:47 1 822 dəfə baxılıb

Göyçay Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov vəzifəsini vicdanla yerinə yetirir


Göyçay Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov - Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var

Dünya koronovirus pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Böhran nətıcəsində dünyanın 150-dən çox ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiymətinin bir neçə dəfə düşməsinə baxmayaraq respublikamızda sosial layihələr ixtisar edilməyib.

İyulun 12-də Ermənistan ordusu torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə Tovuz istiqamətində mövqelərimizə qəflətən artilleriya hücumu nəticəsində qan tökülüb, şəhidlərimiz olub, hərbçilərimiz yaralanıb, o cümlədən mülki vətəndaşımız həlak olub. Şəhidlərimizin qanı yerdə qalmayıb,düşmən layiqli cavabını alıb, qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.

Hərbi qələbəmizi qeyd etmək, dövlətə, orduya dəstək göstərmək üçün minlərlə insan küçələrə çıxdı, birlik nümayiş etdirdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər. Unutmamalıdırlar ki, indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm də mənfur qonşu olan Ermənistanla mübarizədə çox böyük bir gücə çevrilib. Bunu ölkə prazidenti İlham Əliyevin rəhbərliyi və apardığı düzgün siyasət nəticəsində Azərbaycan xalqı yaradıb. Ölkə başçısı deyib: “Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır “.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Göyçay Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədovdur.

Göyçay Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Azərbaycan Respublikasının daxili işlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Göyçay Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Göyçay rayonunda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Göyçay rayon sakinləri problemlərinin həllində həmişə dəstək görürlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi