Hikmət Şikarov: Şamaxı rayonunda zəruri tibbi profilaktik və sosial tədbirlər davam etdirilir
6-07-2020, 15:12
1 079 dəfə baxılıb
Şamaxı rayonunda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər davam etdirilir
Şamaxı Rayon İcra Hakimiyyəti, rayonun hüquq mühafisə orqanları, Gigiyena və Epidemiologiya Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyi və Şamaxı bələdiyyəsinin birgə həyata keçirdiyi reydlər zamanı Şamaxı şəhəri ərazisində 45 ictimai iaşə obyekti, 37 ərzaq satışı mağazası olmaqla, ümumilikdə, 87 müəssisənin fəaliyyətinə nəzarət olunub, işini qaydalara uyğun qurmayan 36 obyektin sahibinə ciddi və son xəbərdarlıq edilib, 5 obyektdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Bildirilib ki, belə reydlər mütəmadi olaraq keçiriləcək, metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Qeyd edək ki, bu reydlər Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər çərçivəsində həyata keçirilir.
Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarovdur.
Uzun illər Bakı şəhərinin ayrı-ayrı rayon icra hakimiyyətlərində müxtəlif rəhbər vəzifələrdə çalışmış Hikmət Şikarovun sonuncu vəzifəsi Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri olmuşdur.
Qeyd edək ki, Hikmət Şikarov Əfqanıstan və Qarabağ müharibələrinin veteranıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixdə imzaladığı Sərəncamla Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Hikmət Şikarov bu işin müqəddəsliyini qoruyub saxlayır. Hikmət Şikarov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Hikmət Şikarovdan danışdılar yaxşı ki, Hikmət Şikarov Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub…Hikmət Şikarov öz isguzarlığı ilə tanınır və seçilir….
Hikmət Şikarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Hikmət Şikarovu heç vaxt əqidəsindən döndərə bilməz.
Hikmət Şikarov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Hikmət Şikarov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Hikmət Şikarov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Hikmət Şikarovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Hikmət Şikarov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Hikmət Şikarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Hikmət Şikarov özünü doğruldub. Bizdə hörmətli Hikmət Şikarovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR