Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov - Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizə ölkə üzrə infeksiyanın yayılma coğrafiyasını məhdudlaşdırıb.
Yoluxma halları ilə bağlı son günlərin statistikası ümidvericidir – artıq sağalanların sayı üstünlük təşkil edir.
Bununla belə, dövlət yenə də tədbirlər görməkdədir, bu məqsədlə xüsusi karantin rejiminin müddəti mayın 4-nə qədər uzadılıb.
Azərbaycan xalqı xüsusi karantin rejimi dövründə həmrəylik nümayiş etdirir.
Əhali, eyni zamanda, Prezidentin ideyaları və siyasətinin arxasında sıx birləşdiyini bəyan edir.
Dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktubları da bunu sübut edir.Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. “Etibarlı mənbə”yə etibar etməsin. Sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr “Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovun nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Bulat Ağabəyov nüfuzdan salmağa çalışırlar.
Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Bulat Ağabəyovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.
Bulat Ağabəyov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Bulat Ağabəyovu heç vaxt əqidəsindən döndərə bilməz.
Bulat Ağabəyov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Bulat Ağabəyov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Bulat Ağabəyov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Bulat Ağabəyovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Bulat Ağabəyov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Bulat Ağabəyov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Bulat Ağabəyov özünü doğruldub. Bizdə hörmətli Bulat Ağabəyovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.