xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

Heydər Əliyev Fondu aztəminatlı ailələri sevindirdi

19-03-2020, 13:34 162 dəfə baxılıb

Heydər Əliyev Fondu aztəminatlı ailələri sevindirdi


Heydər Əliyev Fondu Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatları paylayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il həyata keçirilən layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə edib.
Fondun mətubat xidmətindən Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatlarını respublikanın bütün rayon və şəhərlərində ünvanlı sosial yardım alan ailələrə təqdim ediblər. Aztəminatlı ailələrə Novruz bayramı münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrikləri çatdırılıb.
Qeyd edək ki, öz fəaliyyətində sosial istiqaməti prioritet götürən Heydər Əliyev Fondu dövlətin sosial-iqtisadi inkişafa istiqamətlənən proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Fond valideyn himayəsindən məhrum uşaqlar, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, aztəminatlı ailələri də daim diqqətdə saxlayır, əlamətdar günlərdə onları yaddan çıxarmır, müxtəlif bayram hədiyyələri çatdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi