Sumqayıtda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib
28-04-2023, 02:27
44 dəfə baxılıb
Sumqayıt Baş Gömrük İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan konfrans keçirilib.
Tədbirdən öncə Sumqayıt şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Daha sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konfrans başlayıb. Konfransda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, digər dövlət qurumlarının rəhbərləri iştirak edib.
Konfransda çıxış edənlər müstəqil Azərbaycanın tarixində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıb, zəngin dövlətçilik təcrübəsi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində digər dövlət qurumları ilə yanaşı, gömrük orqanları da ölkəmizin mühüm dövlət təsisatlarından biri kimi formalaşdı.
Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmlənməsinə, davamlı inkişafına yönələn zəngin ideyaları bu gün də onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Abşeron-Xızı regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram teatrında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub.
Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə dövlət himni səsləndirilib. Tədbirdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Millət vəkli Müşfiq Məmmədli, Abşeron-Xızı regional təhsil idarəsinin müdiri İlhamə Abdullayeva, şəhid ailələrinin üzvləri, qazilər, hüquq mühafizə orqanlarının rəhbərləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edib.
“Azərbaycan təhsilinin intibah dövrü Ulu Öndər Heydər Əliyevin ad ilə bağlıdır” mövzusunda məruzə ilə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva qeyd edib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabeli təhsil müəssisələrində müvafiq tədbirlər planına uyğun olaraq silsilə tədbirlər keçirilir və ulu öndərin irsinin yaşadılması, şagirdlərə təbliği istiqamətində böyük işlər görülür. Ulu öndərin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan bəhs edən İ.Abdullayeva qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasətində təhsil həmişə aparıcı rol oynayıb. Ulu öndər təhsil sahəsində atılan addımların gələcəyə yatırılan investisiya olduğunu qiymətləndirərək, bu sahəyə xüsusi diqqət ayırıb. Bu siyasət Heydər Əliyevin uğurlu davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir və ölkəmizin inkişaf dinamikasına uyğun olaraq şaxələndirilir. Bu gün isə İkinci Qarabağ Müharibəsindəki parlaq qələbədən sonra növbəti tarixi missiya həyata keçirilir – düşmənin talan etdiyi Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa olunan torpaqlarımızda həm də yeni müasir məktəblər inşa edilir. Artıq iki kənddə – Ağalı və Talış kəndində məktəblər öz şagirdlərinə qucaq açıb.
Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Ümumilli lider Heydər Əliyevin xalqımıza göstərdiyi birbaşa qayğı nəticəsində ölkədə nikbinlik dövrü başladı. Zakir Fərəcov bildirib ki,Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov diqqətə çatdırıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır.O, Azərbaycanın müasir tarixinə yeni missiya ilə daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.
Sonra, tədbir ədəbi-bəddi hissə ilə davam edib.
Tədbirin sonunda tədbir iştirakçıları Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovla xatirə şəkilləri çəkdiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR