İradə xanım Əliyeva şəhid ailələri və qazilərə etdiyi yardımları ilə tanınır
22-02-2023, 13:48
72 dəfə baxılıb

Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.
BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ
Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də Nəqliyyat sektorunda sahibkar, "Ayşən LTD" MMC-nin rəhbəri İradə xanım Əliyeva edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. İradə xanım Əliyeva Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.
İradə xanım Əliyeva 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.
“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyevadır.
"Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İradə xanım Əliyeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
"Ayşən LTD" MMC-nin rəhbəri İradə Əliyeva - Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti diplomatik uğurlarının davamlılığında öz sözünü deyir. 59-cu Münxen Təhlükəsizlik Konfransı hazırda dünya mətbuatında geniş müzakirə olunur. Dövlət başçısı İlham Əliyevin konfrans çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı dünyanın diqqətindədir. Cənab İlham Əliyev real dünyada yaşadığımızı, bölgədə gedən proseslərin yeni yanaşmalar tələb etdiyini önə çəkərək tarixi Zəfərimizin yaratdığı reallıqları bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycanın mövqeyi hər zaman sülh və təhlükəsizliyə əsaslanır, ədalət prinsipləri üzərində qurulur. Ölkəmizin sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları yalnız söz olaraq deyilmir, reallıqlarda öz əksini tapır. Bu gün Azərbaycanın sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanması da deyilənlərin təsdiqidir.
"Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda Prezident İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına, Ermənistanın imitasiya naminə qatıldığı sülh danışıqlarına, məsələni dondurmaq üçün edilən cəhdlərə yönəldərək bildirdi ki, Ermənistan 27 il Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Azərbaycan hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdi. Minsk qrupunun nəticə əldə etməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Biz onun dondurulmadığını sübut etdik. Ərazi bütövlüyümüzü və ədaləti bərpa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq.
Dövlət başçısı İlham Əliyevin çıxışlarında daim bu çağırış öz əksini tapır ki, ermənilərin törətdiyi vəhşilikləri, xalqımızın 30 ildə yaşadıqlarını, qanı, canı ilə torpaqlarımızı işğaldan azad edən şəhidlərimizi unutmayacağıq.
Azərbaycan bu illər ərzində yaşadıqlarına rəğmən regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması üşün Ermənistana sülh təklifini etdi. İşğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir. Bütün ərazilərimiz dağıdılıb, yerlə-yeksan edidilib. Cənab İlham Əliyev plenar iclasdakı çıxışında diqqəti ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərə yönəltdi. “Biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq” çağırışını edən Prezident İlham Əliyev bildirdi ki, bu, yadplanetlilər tərəfindən edilməyib. Torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Onları qovandan sonra indi ədalət üçün yalvarırlar. Ərazimizi 30 il işğal altında saxlayanlar bizi işğalda günahlandırırlar. Bir məsələni də unutmaq olmaz ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Dövlət başçısı İlham Əliyev Ermənistan rəhbərliyinə və işğalçı dövlətə hələ də dəstəyini ifadə edənlərə bir daha bu reallığı da çatdırdı ki, Azərbaycanda “Dağlıq Qarabağ” kimi inzibati vahid yoxdur. Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Münxen Təhlükəsizlik Konfransı bir daha Azərbaycanın region və dünya üçün önəminə işıq saldı, beynəlxalq nüfuzunun təqdimatı oldu.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR