xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Arzuman Murtuzayev: MİSSİYAMIZ Sağlam təməlli, müasir görünüşlü möhtəşəm yaşayış komplekslərinin inşası

10-02-2023, 12:46 151 dəfə baxılıb

Arzuman Murtuzayev: MİSSİYAMIZ Sağlam təməlli, müasir görünüşlü möhtəşəm yaşayış komplekslərinin inşası


Melissa Group şirkətinin tikinti departamentinin rəhbəri Arzuman Murtuzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Arzuman Murtuzayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Melissa Group şirkətinin tikinti departamentinin rəhbəri Arzuman Murtuzayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.

BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ

Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də Melissa Group şirkətinin tikinti departamentinin rəhbəri Arzuman Murtuzayev edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Melissa Group şirkətinin tikinti departamentinin rəhbəri Arzuman Murtuzayev Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

Melissa Group şirkətinin tikinti departamentinin rəhbəri Arzuman Murtuzayev 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

MİSSİYAMIZ
Sağlam təməlli, müasir görünüşlü möhtəşəm yaşayış komplekslərinin inşası

VİZYONUMUZ
Ən güvənilən tikinti şirkəti ünvanını qoruyub saxlayaraq yüzminlərlə ailəyə sevinc bəxş etmək .

Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevrilən Melissa Group 2000-ci ildən fəaliyyətə başlamışdır. Şirkət fəaliyyətinə başladığı gündən etibarən insanların komfortunu və rahatlığını düşünərək inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.

Melissa Group tikinti şirkəti, Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib. Şəhərin mərkəzi küçələrində sağlam təməlli, müasir görünüşlü möhtəşəm binaların inşası ilə daima diqqət mərkəzində olan Melissa Group, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir. Hal-hazırda “Melissa Park”, “Melissa Residence”, “Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.

Sizlərə, xəyallarınızda canlandırdığınız tam təmirli, yüksək keyfiyyətli, 17-20 mərtəbəli müasir tələblərə cavab verən binalar inşa edirik. İnşa etdiyimiz komplekslərdə daimi su, işıq və qaz sistemləri, Türkiyə istehsalı olan sərnişin və yük liftləri, plastik qapı və pəncərə sistemləri, seyf qapılar, yeraltı qaraj, təhlükəsizlik xidməti, istirahət parkı, tennis və futbol meydançaları yüksək standartlara cavab verəcək keyfiyyətdədir.







İlin tikinti şirkəti
Alıcıların rahatlığını təmin edəcək yaşayış kompleksləri ilə bazarda keyfiyyət və rahatlığın ünvanına çevirilən Melissa Group tikinti şirkəti 2016-ci ildə “Azeri Business Award” mükafatlandırma mərasimində “ilin tikinti şirkəti” olaraq seçildi.

KSM layihələri
Vizyonundakı yüz minlərlə ailəyə sevinc bəxş etmək anlayışını eyni zamanda həyata keçirdiyimiz Korporativ sosial məsuliyyət (KSM) layihələri ilə də təmin etməyə çalışırıq. Melissa Group tikinti şirkəti 2017-ci ildə EXPO Center-də keçirilən beynəlxalq əmlak sərgisində “Sağlam gələcəyin təməli ağaclarla bütünləşən yaşıl təbiətdən asılıdır” sloqanı ilə iştirak etmiş, 2017-ci ildə də “Yaşıllığı Sevirəm”, 2018-ci ildə SOS uşaq kəndləri ictimai birliyi ilə, 2020-ci ildə isə koronovirusla mübarizə çərçivəsində “Ümidini itirmə” KSM layihələrini həyata keçirmişdir.

Melissanın yüksəlişi
Azərbaycanda ilk dəfə sakinləri mənzillərə köçmədən əvvəl çıxarış (kupça) və texniki pasport ilə təmin edib. Şəhərin mərkəzi küçələrində, tamamilə yaşayış rahatlığınıza indeksli olaraq planlanan binaların inşası ilə daima diqqət mərkəzində olan Melissa Group, “Halal” MTK, “General” MTK, “Yüksəl” MTK, “ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirmişdir.

2000-ci ildə Melissa Group fəaliyyətə başladı
Melissa Group şirkəti olaraq ilk gündən etibarən insanların komfort və rahatlığını düşünərək, ideal həyat fikrini reallaşdırmaq üçün çalışırdıq. Missiyamız sağlam təməlli, müasir görünüşlü, möhtəşəm yaşayış komplekslərinin inşasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi