Fərhad Həsənov: Azərbaycan dünyada nüfuzlu bir dövlətə çevrilib
27-01-2023, 15:35
57 dəfə baxılıb
Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov - Son vaxtlar Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm roy oynadığı müxtəlif xarici ölkələrin liderləri səviyyəsində etiraf olunur. Azərbaycanı beynəlxalq konfrans, simpozium və forumların mərkəzinə çevirən Prezident İlham Əliyev ölkəmizdə tolerantlığa, sülhə, dialoqa, bəşəri və milli dəyərlərə verilən yüksək qiyməti bütün dünyaya çatdırmaqda davam edir. Daim xalqına söykənən Prezident İlham Əliyev bütün təzyiqlərə, çətinliklərə, problemlərə qətiyyətlə sinə gərərək Azərbaycanı borc alan ölkədən borc verən ölkəyə, qonşulardan dəstək uman dövlətdən köməyə ehtiyacı olanlara yardım edən, qlobal layihələrin əsas icraçılarından biri olan dövlətə çevirib.
Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında moderatoru suallarına cavab verərkən bu aspektləri xüsusi vurğulamışdır.
“Orta Dəhliz” ətrafında yaranmış yeni reallıq Azərbaycanı da bu dəhlizlə bağlı daha fəal addımlar atmağa vadar edir. Azərbaycan Qərb ilə Şərq arasında “Orta Dəhliz”in inkişafı üçün Türkiyə, Gürcüstan və Qazaxıstanla birgə addımlar atır. Ümumiyyətlə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan “Orta Dəhliz” Çin və Avropanı birləşdirir. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri sayılır.
Məhz Davos İqtisadi Forumunda bu layihənin müzakirəsi onun nə qədər əhəmiyyətli qlobal xarakter daşımasından xəbər verir.
Prezident İlham Əliyev ona ünvanlanmış suallarla layihənin təkcə region ölkələri üçün deyil, bütövlkdə Avropa, Mərkəzi Aşıya dövlətləri və Çin üçün tranzit imkanlarının yaratdığı reallıqları faktlarla əsaslandırmış, bu sahədə Azərbaycanda görülən işlərin miqyası haqqında geniş məlumat vermişdir. Ölkə başçısı bildirmişdir ki, “2021-ci ildə Avropa bazarına ixracımız təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir.”
Qoca qitənin enerji təhlükəsizliyində Azərbaycanın rolunu qeyd edən ölkə başçısı bu istiqamətlərdə atılan addımların indiki vəziyyətini şərh edərək qeyd etmişdir ki, “Avropa İttifaqına təchizat minimum 20 milyard kubmetr səviyyəsində olacaq. Bunun üçün Avropada daha çox interkonnektorlar olmalıdır. Onlardan biri – Yunanıstan-Bolqarıstan interkonnektoru keçən ilin sonlarında açılmışdır. Bu, bizə Bolqarıstana və bu ildən etibarən Rumıniyaya təbii qazı təchiz etməyə başlamaq imkanını verdi. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan gərgin çalışır. TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməliyik. TAP yalnız iki il bundan əvvəl açılmışdır. Lakin indi biz həcmi genişləndirməliyik. Beləliklə, əlavə maliyyələşmə tələb olunacaq və biz buna hazırıq;”
Bu yaxınlarda Əbu dabidə “masdar” şirkəti ilə Azərbaycan Dövlət neft Şirkəti arasında bağlanmış müqavilənin yaşıl enerji layihəsində oynadığı rolu şərh edərkən cənab Prezident bu gün Azərbaycanın enerji ixracı potensilından bəhs etmiş və demişdir: “Keçən ilin dekabrında Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzalanıb. Bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. “Masdar”la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027-ci ilədək 4 qiqavat və 2037-ci ilədək 6 qiqavat artıracaq. “Fortescue FutureIndustries”lə imzalanmış Anlaşma Memorandumuna əsasən 12 qiqavatadək hasilat üçün Azərbaycana investisiya yatırılacaq.”
Bütün bunlar göstərir ki, Azərbaycan mövcud inkişaf səviyyəsinə, beynəlxalq proseslərdə tutduğu mövqeyə və Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə regionda lider dövlət olmaqla yanaşı, dünyada da nüfuzlu bir dövlətə çevrilib. Bu da təsadüfi deyil. Çünki bu uğurlu nəticələrin arxasında ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən xarici və daxili siyasəti dayanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR