xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Fərhad Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

7-09-2022, 14:20 53 dəfə baxılıb

Fərhad Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır


ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz.

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Fərhad Həsənovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Son günlər bəzi internet saytlarında Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Fərhad Həsənov “Neyrocərrahiyyə”ni gestapoya çevirib" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fərhad Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov - Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına təkan verən bir çox mühüm məqam var. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər Azərbaycanla İtaliya arasında çox sayda sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Siyasi münasibətlər hələ ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əsasını qoyduğu möhkəm təməl üzərində qurulub.

Azərbaycanla İtaliya arasında çox güclü siyasi əlaqələrin olması tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci illərdə iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini sübut edir.

Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşı olması çox mühüm amildir. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. Eyni zamanda, İtaliya ilə humanitar, həmçinin mədəniyyət, təhsil və elm sahələrində möhkəm münasibətlərimiz var.

Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak etdi. Prezidentin bu forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.

Prezident İlham Əliyev çıxışında İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlıq, fəal siyasi dialoq, ikitərəfli gündəliyimizə daxil olan yeni, vacib mövzular barədə geniş danışdı. Ölkə başçısı Azərbaycanın enerji strategiyasını mərhələlərə bölərək, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oluğumuzu diqqətə çatdırıb.

Eyni zamanda, artan təbii qaz, həmçinin enerji bazarının digər seqmentləri olan elektrik enerjisi, hidrogen və yaşıl hidrogen ehtiyacını təmin etmək üçün artıq rəsmi olaraq Avropa İttifaqı ilə bağlı dialoqa başlanıldığı xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.

Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu mühüm potensialın inkişaf etdirilməsi istiqamətində çox ciddi işlər görür.

Prezident İlham Əliyevin uğurlu, müstəqil və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun lideri olmaqla bərabər, eyni zamanda, artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Müstəqil siyasət beynəlxalq aləmdə ölkəmizin nüfuzunu daha da yüksəldir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müstəqil siyasət aparmaqla müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər əldə etməkdə davam edir..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi