xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab

16-01-2023, 13:48 151 dəfə baxılıb

Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab


Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.

Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Sumqayıt şəhərində sakinlərlə növbəti səyyar görüş keçirildi

Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab


Sumqayıt şəhərində sakinlərin müraciətlərini araşdırmaq və onları narahat edən məsələləri yerində həll etmək üçün növbəti səyyar qəbul-görüş keçirilib.

İnşaatçılar yaşayış massivində keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

Qeyd edək ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.


Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab


Sumqayıtda şəhid general-mayor Polad Həşimovun adını daşıyan küçədə təmir işləri aparılır

Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab


Sumqayıt şəhərində abadlıq-quruculuq işləri davam etdirilir. Qəbul olunmuş tədbirlər planına uyğun olaraq şəhər ərazisində mərhələli şəkildə yollar asfaltlanır, piyada səkiləri təmir olunur, yaşayış binalarının fasadı yenilənir.
Hazırda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan küçədə kompleks tədbirlər görülür. Küçə boyunca piyada səkiləri təmir olunur, yaşayış binalarının fasadları yenilənir.
Qeyd edək ki, bir müddət öncə küçədə asfaltlanma işləri də həyata keçirilib.

Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
Zakir Fərəcov haqqında şər və böhtan yazanlara cavab
[/b]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi