Xalqa, dövlətə, dövlətçiliyə şərəfli xidmət - Namiq Məmmədov
28-04-2022, 12:11
223 dəfə baxılıb
Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Namiq Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.
Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
Gədəbəy rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov - Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycanın və bütün dünyada yaşayan azərbaycanlıların tarixi qələbəsinin təntənəsidir. Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra çox böyük, şanlı-şöhrətli, eyni zamanda məşəqqətli yol keçmişdir. Müstəqilliyin əldə edilməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetirilməsi, bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqələrimizi genişləndirək, onlarla həmrəy olduğumuzu bildirək və dünya azərbaycanlılarının daha da həmrəy olması üçün birlikdə çalışaq. Hələ müstəqilliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də Ulu öndər Heydər Əliyev tərəfindən Dünya azərbaycanlılarının həmrəylik günü haqqında qərar qəbul edilmişdir. Həmin vaxtdan bu gün böyük bayram kimi qeyd edilir. Məhz həmin dövrdən etibarən dünyada yaşayan azərbaycanlıların qarşılıqlı əlaqələri tədricən inkişaf etməyə başlamışdır. Bütün bunlar Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir. Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş və onu zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Bakıda keçirilən Dünya Azərbaycanlılarının I, II, III Qurultayları xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin - quruculuq və təşkilatlanma proseslərini yüksək mərhələyə çatdırmışdır. 2016-cı ilin iyununda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilmişdir. Qurultayda Ali Baş Komandan cənab İlham Əliyev proqram xarakterli dərin məzmunlu çıxış etmiş, I Qurultaydan keçən dövr ərzində diaspor nümayəndələri qarşısında qoyulan tələblərin həyata keçirilməsi üçün kifayət qədər uğurlu işlərin görüldüyünü vurğulamışdır. Bu günlərdə isə Azərbaycanın və Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdir. Cənab İlham Əliyev bu Qurultayda çıxışı zamanı bildirmişdir ki, "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır." Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycanın və bütün dünyada yaşayan azərbaycanlıların tarixi qələbəsinin təntənəsidir. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi və Prezident İlham Əliyevin mədəniyyət paytaxtımızdan verdiyi bəyanatlar regionun sonrakı taleyi üçün həlledici əhəmiyyətə malikdir. Dövlət başçısı Azərbaycan diasporunun nümayəndələri ilə Şuşada görüşməsi müharibədən sonrakı reallığını ortaya qoyur. Bu reallığı isə, cənab İlham Əliyevin özünün də dediyi kimi, dünyanın bütün gücləri, iri beynəlxalq və regional təsisatlar birmənalı qəbul edir.
Dünya Azərbaycanlılarının əvvəlki qurultaylarında çıxışı zamanı dönə-dönə işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun tarixi torpaqlarımızı azad edəcəyini bildirən dövlətimizin başçısı vədinə sadiq Prezident kimi bu gün Zəfər Qalasında qalib ölkənin Baş Sərkərdəsi kimi dünya azərbaycanlılarının önündə idi. Bu, həm də onu bildirirdi ki, xalqımızın və rəhbərimizin böyüklüyü qarşısında heç kim duruş gətirə bilməz. Çünki biz haqlı tərəfik, siyasətimiz ədalət prinsipləri üzərində qurulub. Bizim tarixi Qələbəmizdə dünya azərbaycanlılarının təsiri də əvəzsiz oldu. Xarici diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq arenada yayılması istiqamətdə əvəzsiz xidmətlər göstərərək, Vətənə bağlılıqlarını nümayiş etdirdilər.
Dövlətimizin başçısı çıxışında xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlılıqlarının vacibliyini bildirərək, qeyd etdi ki, onlar ilk növbədə, Azərbaycan dilini bilməli və yaşatmalıdırlar. Belə bir amilin əsas olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun birləşmə prosesi üçün daha effektli olacağını da xatırlatdı.
Bir sözlə, Zəfər Qurultayı həm ictimai, həm siyasi, həm də mənəvi baxımdan tək dövlətçilik tarixi üçün deyil, eyni zamanda, Azərbaycan xalqının taleyində yeni səhifə açaraq dünyaya qədim və şərəfli keçmişə malik bir xalqın birlik və həmrəylik kontekstində gücünü göstərmiş oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR